Modern.az

Padşahın işi nə?

Padşahın işi nə?

Aktual

19 Fevral 2013, 11:32

Türkiyəyə yolunuz düşsə mütləq İstanbulda, Unkapanıda Nalıncı Məhəmməd Mimi Dədənin türbəsini ziyarət edin.

Qənirə Paşayeva,
Milli Məclisin deputatı

Çox qəribə bir hekayəsi var onun.. Əsil insanlıq hekayəsidir əslində..Mənə ən çox təsir edən gerçək həyat hekayələrindən biridir Nalıncı Məhəmməd Mimi Dədənin hekayəsi..

Evliya Cələbi məşhur Səyahətnaməsində yazır:

Sultan Murad xan bir gün təlaşlı görünürdü. Sanki bir şeylər söyləmək istəyirdi, sonra vaz keçirdi. Nə şən idi, nə də kədərli.

Vəziri-əzəm Səyavuş Paşa soruşar:

- Xeyir ola, hökmdarım, canınızı sıxan bir şeymi var?

- Gecə qəribə bir yuxu gördüm.

- Xeyirdir, inşallah?..

- Xeyirmi, şərmi öyrənəcəyik

- Necə?

- Hazırlaş, bayıra çıxırıq.

Hər ikisı molla libasında yola çıxarlar. Görünür ki, padşah hələ də gördüyü yuxunun təsiri altındadır və gedəcəyi yeri yaxşı bilir. Ardıcıl, qərarlı addımları ilə Bəyazitə çıxar, dönər Vəfaya, Zeyrekdən aşağılara enər. Unkapının civarında dayanar. Ətrafa daha da diqqətlə baxar. Bu zaman yerdə yatan bir cəsəd diqqətlərini çəkır və soruşar:

- Bu kimdir?

Əhali:

- Heç fikir verməyin, əyyaşın biri idi, – deyərlər.

- Hardan bilirsiniz?

- 40 illik qonşumuz idi..

Bir başqası da deyər:

- Bilirsiniz. Əslində yaxşı sənətkar idi. Azaplar bazarında çalışırdı. Nal düzəldərdi..Ancaq qazandıqlarını içkiyə xərcləyərdi. Həm şüşə-şüşə evinə şərab daşıyardı, həm də harda ayağı sürüşkən qadın varsa, yanına götürərdi…

Yaşlının biri çox hirslidir:

- İstəyirsəniz, qonşulardan soruşun. Soruşun, görək, onu bir dəfə də olsun camaatda (namazda) görən olmuşmu?

Məhəllə adamları dönüb gedərlər. Bizim molla libaslı padşah və vəziri ortada qalırlar! Vəzir getməyə hazırlaşırdı ki, padşah onun yolunu kəsər:

- Hara gedirsən?

- Bilmirəm, bu adamdan uzaq qalmağı seçməyi istəyərsiniz deyə düşündüm.

- Millətə bir söz deyə bilmərəm istəsə çıxıb gedə bilər. Heç kimə heç nə deyə bilmərəm… Amma biz gedə bilmərik, hər bir halda təbəələrimizdən biridir. Dəfnini tamamlamalıyıq.

- Yaxşı, saraydan bir-iki adam göndərərik və bundan qurtularıq.

- Olmaz, yuxudakı hikməti daha çözmədik deyir padişah.

- Yaxşı, nə etməyimi əmr edirsiniz?

- Mollalığa davam edək…Ən azından nəşini qaldırmalıyıq.

- Amma necə qaldırarıq?

- Necə lazımdır, elə də qaldırarıq.

- Etməyin sultanım, bunun yuyulması, paklanması var. Tekfini, telkini…

- Narahat olmayın, mən bacararam. Amma öncə bir qüslxana tapmalıyıq.

- Burada bir məhəllə məscidi var, amma..

- Olmaz, sən vəfat etsəydin, hardan qaldırılmaq istərdin?

- Bilmirəm, Ayasofyadan, Süleymaniyyədən, ən azından Fateh Camisindən…

- Ayasofya ilə Süleymaniyyədə dövlət erkanı çoxdur. Tanınmaq istəməm. Amma Fateh Camini yaxşı dedin. Getdik ora..

Və gəlirlər camiyə. Vəzir sağa-sola qaçır, kəfən, tabut tapır. Padişah mis qazanları ocağa vurar… Qaydasınca nəşi yaxşı yuyarlar, hətta sanki gözəlləşir belə. Alnında bir nur hər tərəfə işıq saçır. Dodaqlarında bir mənalı təbəssüm oxunur. Padşahın, həm də vəzirin bu adama qanı isinmişdi… Onu kəfənləyib, tabuta qoyarlar, torpağa basdırarlar. Amma namaz vaxtına var idi… Bir ara vəzir sıxıntılı-sıxıntılı yaxınlaşır.

- Sultanım, deyəsən yanlış hərəkət edirik…

- Necə?

- Həyəcanan qapıldıq, sorub-soruşdurmadan cənazəni bura gətirdik. Kim bilir, bəlkə xanımı vardır, bəlkə yetimləri?

- Düzdür, amma nə isə… Sən burda gözlə, mən məhəlləni dolanıb gəlim.

Vəzir təsbehinə dönər, padşah qəribə macəranın başladığı nöqtəyə qaçar. Hamıdan soruşub soruşdurar. Nalçının evini tapar. Qapını yaşlı bir qadın açar. Hadisəni mətanətlə dinləyər. Sanki bu vəfatı gözləyən kimi idi.

- Haqqını halal et, övladım. Bəlli ki, çox yorulmusan, – deyər.

Sonra bayıra çıxar, əllərini yumruq edər, gicgahlarına dayayar…Ağlayarmı? Xeyr! Amma gözləri qıyılar, bəlkə xatirələrə dalar. Sonra durub xəyal dünyasından çıxar.

- Bilirsənmi, oğlum? Bizim əfəndi bir aləmdi, vəssalam… Axşamlara qədər nalını düzəldərdi… Amma birinin əlində şərab şüşəsi görməsin, əlindəkini, ocundakını verib, satın alardı. Sonra gətirib tökərdi helaya!

- Nə üçün?

- Ümməti Məhəmməd içməsin deyə…

- Heyrət!

- Sonra məlum qadınların xərclərini ödəyər, evə gətirirdi. Mən sizin zamanınızı satın aldımmı? Aldım, deyərdi. İndi də istirahət etməyiniz gərəkdir.. O gedərdi, mən onlara menkıbeler nəql edərdim..Mizraklı İlhihal, Hucceti İslam oxuyardım..

- Bax sən! Halbuki millət nə düşünürdü?

- Millətin nə düşündüyü vecimə deyil. O, hər zaman uzaq məscidlərə gedərdi. Elə bir imamın arxasında durmalıydı ki, deyərdi ki, təkbir alırkən Kəbəni görməliydi…

- O cür imamlardan neçəsi qalıb indi?

- Bu səbəbdən Nişancıya, Sofulara uzanırdı.. Hətta bir gün “baxarsın, sən belə edirsən, amma qonşular səninlə pis davranacaqlar. İnan cənazən ortada qalacaq” demişdim.

- Doğrudur

- Kimsəyə zəhmət olmasın deyə, məzarını baxçada özü qazdı. Amma mən qarşı çıxdım. “İş məzarla bitmir. Səni kim yusun, kim qaldırsın?” dedim

- Bəs o nə dedi?

- O, uzun-uzadı güldü, sonra “Allah böyükdür, xatun. Həm padşahın işi nə?” demişdi.

Bəli, həmin o şəxs Unkapanıda qəbri, türbəsi olan Nalıncı Məhəmməd Mimi Dədədir. Əsil insanları, bütün həyatını gözəl əxlaq və əməllərlə yaşayanlar böyük Yaradanın sevimliləri olmaqla bərabər yüz illər keçsə belə hər zaman insanların könüllərində özlərinə taxt qururlar. İstanbula yolunuz düşsə mütləq ziyarət edin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı