Modern.az

Andımıza sadiq qaldıq - Polad Bülbüloğlu

Andımıza sadiq qaldıq - Polad Bülbüloğlu

مورد توجه

13 May 2022, 17:58

"And içmişdim ki, Şuşa azad olunmayana qədər bu festival bir də keçirilə bilməz. Andımıza sadiq qaldıq. Xoşbəxtəm ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə bitən kimi Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi və burada "Xarıbülbül" beynəlxalq festivalının keçiriləcəyini bildirdi".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının ikinci günü çərçivəsində konsert proqramından sonra deyib.

 

P.Bülbüloğlu qeyd edib ki, "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı kimi gözəl bayram mədəniyyətimizdə mühüm səhifə və böyük töhfədir, biz bu tarixi qorumalıyıq.

 

O xatırladıb ki, ötən dördüncü "Xarıbülbül" festivalı böyük uğurla keçirilib.

 

"Xoşbəxtəm ki, bu gün Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı keçirilir. İnanıram ki, bundan sonra festival hər il keçiriləcək. İldən-ilə qonaqların sayı artacaq, çoğrafiyası isə genişlənəcək", - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı