Modern.az

"Siqnalizasiya" oğrunu ifşa etdi

Güncel

24 May 2022, 11:29

Mayın 22-də saat 23 radələrində Səbail rayonu ərazisindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən Səbail Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, dərhal həmin ünvana gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Nihad Həsənovu saxlayıblar.

 

O, araşdırma  aparılması üçün  41-ci Polis Bölməsinə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı