Modern.az

Ərlərini öldürən qadınlar EDAM OLUNDU

Ərlərini öldürən qadınlar EDAM OLUNDU

Aktual

29 İyul 2022, 14:44

İranın Sənəndəc həbsxanasında saxlanılan qadınlardan üçü edam olunub. 

 

Modern.az xəbər verir ki, bu barədə İran İnsan Haqları qeyri-hökumət təşkilatı məlumat yayıb.

 

Bildirilib ki, qadınlar həyat yoldaşlarını öldürdükləri üçün onların edam edilməsinə qərar verilib.

 

Ümumilikdə isə 2010-2021-ci illərdə İranda 164 qadına ölüm hökmü çıxarılıb. Onların 66 faizi həyat yoldaşlarını və digər şəxsləri qətlə yetirməkdə ittiham olunurlar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı