Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1970-cı il təvəllüdlü Rövşən Allahverdiyevi "Mercedes" markalı avtomobil vurub. 52 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.