Modern.az

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Aktual

10 Oktyabr 2022, 16:56

Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski Azərbaycana təşəkkür edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə ukraynalı diplomat feysbuk hesabında yazıb.

 

“Ukraynanı dəstəklədiyinə görə Azərbaycana minnətdarıq! Bütün sivil dünya Ukraynanın dinc əhalisinə qarşı törədilən son cinayətlərə sərt reaksiya verməlidir. Bu gün neytral ölkə yoxdur - təcavüzkarı dəstəkləyənlər və onun cinayətlərini pisləyənlər var!”, - deyə səfir vurğulayıb.

 

Xatırladaq ki, oktyabrın 10-da Ukrayna Rusiya Silahlı Qüvvələri tərəfindən kütləvi şəkildə raket hücumuna məruz qalıb. Kiyev, Dnepr, Xmelnitsk, Jitomir və Lvovda güclü partlayışlar baş verib. Kiyevə raket hücumu nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı