Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 17-də Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkyənin Xarici İşlər Nazirliyi tviter hesabında bildirib.
Məlumata görə, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri İstanbulda keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) xarici işlər nazirlərinin şurasının toplantısına qatılacaq.
Toplantıda, həmçinin Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan təmsilçiləri də iştirak edəcəklər.