Modern.az

Füzulinun azad edilməsi digər rayonlara aparan yolda açar oldu

Füzulinun azad edilməsi digər rayonlara aparan yolda açar oldu

Current

17 Oktyabr 2022, 10:30

“I Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən 23 avqust 1993-cü il tarixində Füzuli rayonunun əksər hissəsi işğal edilib. Bu işğal nəticəsində yüzlərlə soydaşımız şəhidlik zirvəsinə ucalıb, əsir və itkin düşüblər. İşğaldan əvvəl çoxsaylı yaşayış məntəqəsinə sahib olan Füzuli rayonu, I Qarabağ müharibəsindən sonra demək olar ki tanınmaz hala düşüb”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov Füzuli rayonunun işğaldan azad edilməsi barədə danışarkən deyib.


“İşğaldan əvvəl öz tarixi, mədəni-dini abidələri, türbələri ilə zəngin olan Füzuli rayonu erməni vandalizminin nəticəsində yerlə-yeksan edilib. Lakin işğaldan sonra qısa müddət ərzində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 22 yaşayış məntəqəsi azad edilərək bərpa olunub. Həmin vaxt üçün ölkəmizin sahib olduğu ordu ilə bu məntəqələrin işğaldan azad edilməsi möhtəşəm bir qələbə idi”.


C.Məmmədov deyir ki, II Qarabağ müharibəsinin ilk günündən etibarən Azərbaycan Ordusu Füzulinin bir sıra yaşayış məntəqələrini işğaldan azad etmişdi. Şəhidlərimizin öz qanları ilə yazdığı tarixi zəfərin ilk addımları ordan başlamışdı.

“Füzuli şəhəri isə cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun gücü sayəsində 17 oktyabr 2020-ci ildə erməni işğalçılarından təmizləndi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun II Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.

Füzuli rayonunun azad edilməsi digər rayonların azad edilməsinə aparan yolda açar rolu daşıyırdı. Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi. Bəlkə də bir çoxları Füzuli rayonu uğrunda gedən döyüşlərin aylarla çəkəcəyini düşünürdü. Amma Azərbaycan Ordusu bunu 20 gün ərzində bacardı, şanlı üçrəngli bayrağımızı Füzuli şəhərində ucaltdı. Füzuli uğrundan gedən döyüşlər zamanı düşmənin çox sayda əsgəri öz döyüş bayraqlarını, silahlarını cəbhədə buraxaraq qaçmışdı. Onlar Azərbaycan Ordusunun qüdrətindən xəbərdar idilər”,- deputat qeyd edib.


C.Məmmədovun sözlərinə görə, indi Böyük Qayıdışın nəticəsi olaraq Füzuli rayonu dirçəldilir.

“Artıq Füzulidə nəqliyyat yolları, hava limanı, digər infrastrukturlar inşa edilib və bu proses davam etməkdədir. Bütün məcburi köçkünlər səbirsizliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaqları günü gözləyirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı