Türkiyənin İstanbul şəhərində şəhərlərarası avtobusda yanğın baş verib.
Modern.az-ın məlumatına görə, hadisə bu gün Batman şəhərindən İstanbula hərəkət edən avtobusda qeydə alınıb.
Avtobusda olan sərnişinlər təxliyə olunub, hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.
Yanğın qısa zamanda bütün avtobusu əhatə edib. Hadisə ilə bağlı araşdırma aparılır.