Noyabrın 4-də saat 12 radələrində Xaçmaz rayonunun Qadaşoba kəndi ərazisində Hacıisaoba kənd sakini Nadir Seyidov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Rəsmi məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.