Modern.az

“Elmar Vəliyevin sifarişi isbatlanarsa, o, məsuliyyətə cəlb ola bilər” – Hüquqşünas

“Elmar Vəliyevin sifarişi isbatlanarsa, o, məsuliyyətə cəlb ola bilər” – Hüquqşünas

Aktual

16 May 2013, 16:04

“Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxanın mobil telefonuna məlum nömrələrdən hədə və təhqir dolu zənglər gəlməsi hazırda araşdırılır.

Özlərini Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin tərəfdarı kimi təqdim edən şəxslər ondan başçı barədə yazılara son qoymağı tələb ediblər.

Məsələ ilə bağlı Azər Ayxanın hüquq-mühafizə orqanlarına müraciətindən sonra o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və orada iki saat yarım müddətində ifadə verib.

Maraqlıdır, təhdid dolu zənglərin, mesajların Elmar Vəliyev tərəfindən təşkil olunması sübut edilərsə icra başçısını hansı cəza gözləyir?

Hüquqşünas Aslan İsmayılov Modern.az-a açıqlamasında deyib ki, əgər “Yeni Müsavat” qəzetinin əməkdaşına gələn zənglərin Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri tərəfindən olunduğu sübuta yetirilərsə həmin zəngləri kimlər edibsə onlar məsuliyyətə cəlb olunacaqlar:

“Azər Ayxanın həmin yazıda təhqirə yol verdiyi sübuta yetirilərsə, o zaman “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini məsuliyyətə cəlb oluna bilər. Amma gərək ilk növbədə Azər Ayxan həmin yazıda təhqirə yol vermək fikrində olub”.

A. İsmayılov bildirib ki, A. Ayxana gələn telefon zəngləri araşdırılacaq. “Əgər təhdid və təhqirə yol vermiş şəxslərin Gəncə icra başçısından birbaşa təlimat və ya göstəriş alması isbatlanarsa, o zaman Elmar Vəliyev məsuliyyətə cəlb ediləcək”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı