Modern.az

Məzuniyyətə gələn hərbçi göldə batdı - YENİLƏNİB

Məzuniyyətə gələn hərbçi göldə batdı - YENİLƏNİB

Aktual

2 Avqust 2023, 09:40

Ağsuda 20 yaşlı oğlan göldə boğulub.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Navahı kənd sakini Əliyev Qəmbər Niyaməddin oğlu Cavanşir gölündə çimərkən batıb.

 

Onun cəsədi səhər saatlarında tapılaraq ailəsinə təhvil verilib.

 

Q.Əliyev müddətdən artıq həqiqi hərbi xidmət etmək üçün kurs keçirmiş. O, hadisə baş verən vaxt məzuniyyətdə olub.

 

***

09:32

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonunda “Cavanşir” su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

 

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı