Modern.az

Binəqədidə bu gün qaz olmayacaq

Binəqədidə bu gün qaz olmayacaq

Aktual

1 Sentyabr 2023, 09:16

Bu gün Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar Binəqədi rayonu, A. Zeynallı küçəsində 3 ədəd siyirtmənin hündürlüyə qaldırılması və Füzuli küçəsində 1 ədəd siyirtmənin quraşdırılması ilə əlaqədar sentyabrın 1-də saat 10:00-da qaz təchizatı dayandırılacaq.

 

Təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi DSK yolu, M. S. Ordubadi, M. Aslanov, M. Füzuli və A. Zeynallı küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı