Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvan Muxtar Respublikasına gedərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Modern.az NTV-yə istinadən xəbər verir ki, səfər İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Görüşdə əməliyyatdan sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə ediləcək.
Məlumata görə, müzakirələrdə Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi də gündəmdə olacaq.