Modern.az

Zəlimxan Məmmədli borçalıların etirazına cavab verdi

Zəlimxan Məmmədli borçalıların etirazına cavab verdi

Güncel

21 Sentyabr 2013, 10:45

“Borçalı” Cəmiyyətinin sədri, keçmiş cəbhəçi Zəlimxan Məmmədli Borçalıdan olan bir qrup ziyalının onun əleyhinə verdiyi bəyanata etiraz edib. Modern.az-ın verdiyi xəbərə görə, Z.Məmmədli Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini dəstək olduğu üçün ona qarşı çıxan ziyalıları qınayıb.

Onun sözlərinə görə, siyahıda adları çəkilən bir çox şəxslərin belə bir bəyanatdan xəbərləri yoxdur:

“İlk öncə bildirirəm ki, bu siyahıda olanların bir neçəsi əlaqə quraraq bu bəyanatdan xəbərsiz olduqlarını bildirdilər.  Hər hansı vətəndaşın, konkret halda Zəlimxan Məmmədlinin öz mövqeyini ifadə etməK azadlığını bu cür metodlarla məhdudlaşdrmaq olarmı?. Mən şəxsi mövqeyimi ifadə etmişəm. Qətiyyətlə deyirəm, vətəndaş mövqeyimdən döndərmək gücündə olan kimisi görmürəm və tanımıram. Bu bəyanat "Borçalı" Cəmiyyətini siyasiləşdirməyə yönələn cəhddir. Buna yol verməyəcəyik. Cəmiyyətin hər bir üzvü vətəndaş mövqeyini ifadə etmək hüququna malikdir. Bu hüquqa sayğılı olmaq da da hər birimizin borcudur”-deyə Z.Məmmədli etirazını bildirib.

Qeyd edək ki, ötən gün 20-dən çox ziyalının imzası ilə “Borçalı” Cəmiyyətinin sədrinə qarşı bəyanat yayılıb. Sözügedən bəyanatdan Z.Məmmədlinin nümayiş etdirdiyi müxalif mövqeyinin Borçalı ictimaiyyətinə zidd olduğu qeyd edilib.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı