Modern.az

Gürcüstanın sabiq deputatı güllələnib

Gürcüstanın sabiq deputatı güllələnib

Dünya

17 Aprel 2017, 22:02

Gürcüstanın Telavi rayonunda parlamentin keçmiş deputatı Vasil Davitaşviliyə atəş açılıb. Modern.az APA-ya istinadən xəbər verir ki, deputatın öz evində ona 8 güllə vurulub.

Məlumata görə, cinayəti törədənin şəxsiyyəti hələ müəyyən edilməyib.

 

Qeyd edək ki, V. Davitaşvili həmçinin Telavi rayonunun keçmiş bələdiyyə başçısı olub. Hazırda o, xəstəxanaya yerləşdirilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı