Ermənistan Mərkəzi Bankının valyuta ehtiyatları sürətlə azalır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 1 ay ərzində ehtiyatlar 255 milyon dollar azalıb.
“Valyuta ehtiyatları yanvar ayı üçün 1 milyard 994 milyon dollar olduğu halda, 2018-ci ilin dekabrında 2 milyard 249 milyon dollara çatırdı”.
Ehtimal olunur ki, valyuta ehtiyatları milli valyuta dramın kursunun saxlanmasına sərf olunur.