Modern.az

Nazirlər Kabineti cərrahları saf-çürük etməyə hazırlaşır

Nazirlər Kabineti cərrahları saf-çürük etməyə hazırlaşır

Ölkə

13 Dekabr 2010, 18:33

Azərbaycanda xəstəxanalarda fəaliyyət göstərən cərrahlara müvafiq tibbi müayinələrdən sonra işləməyə icazə veriləcək. Modern.az bildririr ki, bu barədə Milli Məclisin bu gün keçirilən Elm və Təhsil Komitəsinin iclasında millət vəkili Əhliman Əmiraslanov bildirib. Onun sözlərinə görə artıq müvafiq siyahı hazırlanaraq Nazirlər Kabinetinə göndərilib. NK-nin müvafiq araşdırmalarından sonra cərrahlarla bağlı siyahı müəyyən ediləcək.

Ə. Əmiraslanov bildirib ki, müvafiq təcrübə ABŞ-da çoxdan mövcuddur. Belə ki, cərrahların müayinəsi vacib məsələdir. “Onlar insan orqanları ilə işlədiyinə görə, belə tibbi müayinələr vacibdir”-deyə akademik vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı