
Fevral ayında yanvarla müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.8 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə yanvar ayının səviyyəsində qalıb.
Modern.az saytının məlumatına görə, bunu Dövlət Statistika Komitəsi bildirib. Komitənin məlumatına görə, 2013-cü ilin müvafiq dövrünə nisbətən bu ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.5 faiz, xidmət tarifləri 0.2 faiz bahalaşıb.
Modern.az