Ötən gecə UEFA Avropa Liqasında 2013/14 mövsümünün qalibi məlum olub.
Həlledici görüşdə İspaniyanının"Sevilya" və Poruqaliyanın "Benfika" klubları üz-üzə gəlib.
İtaliyanın Turin şəhərində keçirilən oyunun əsas vaxtında hesab açılmadığından komandalar daha 30 dəqiqə meydanda mübarizə aparıblar. Burada da heç bir komanda fərqlənə bilməyib. Belədə penaltilər seriyasına ehtiyac duyulub ki, burada daha dəqiq oynayan "Sevilya" klubu 8 ildən sonra yenidən Avroliqanın qalibi olub - 4:2.
Modern.az