Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfər edib.
Modern.az saytı xəbər verir ki, dövlət başçısı əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov abidənin ətrafında görülən abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Modern.az