19 yanvar 2019, Şənbə
Ana Səhifə - PARLAMENT - Siyavuş Novruzov: “Oğlum da deputat olmaq istəyir” - MÜSAHİBƏ
Siyavuş Novruzov: “Oğlum da deputat olmaq istəyir” - MÜSAHİBƏ
17.05.2013, 09:57

“Ev də alırlar, maşın da, övladlarını da yerbəyer edirlər, amma cəsarətləri çatmır prezidentin əleyhinə bir yazı çıxanda cavab versinlər”


“İndi Əkrəm Əylislinin “Möhtəşəm tıxac“ əsərini oxuyuram”

Modern.az saytında “Pəncərə” layihəsinin budəfəki qonağı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovdur. Siyavuş Novruzovla keçən həftədən planlaşdırdığımız müsahibə nəhayət baş tutdu. Gün ərzində təşkil olunan tədbirlər arasında bizə də vaxt ayırdı. Siyasətdən uzaq söhbət etmək istəsək də, siyasətdən uzağa çox da çıxa bilmədik. Necə deyərlər, çox erkən yaşlarından siyasətə atılan millət vəkili siyasətdən kənar düşünməyi belə, özünə rəva bilmir.

““Əlincə” Cəmiyyətində işləyirdim”

– Siyavuş müəllim, necəsiniz?

– Çox sağ olun, yaxşıyam.

– İctimai-siyasi gündəmdə nə var?

– İctimai-siyasi gündəm gərgindir. Hər seçkiqabağı istənilən ölkədə ictimai-siyasi vəziyyət  bir az da aktivləşir. Bu gün Azərbaycanda prezident seçkilərinə hazırlıq gedir. Bununla əlaqədar YAP-ın böyük proqramı var. Bu proqrama əsasən YAP ardıcıl olaraq tədbirlər həyata keçirir. Rayon təşkilatları sədrlərinə ciddi tapşırıqlar verilib. İmza toplayacaq şəxslərə, müşahidəçilərə, məşvərətçi səs hüquqlu üzvlərə, o cümlədən təbliğat-təşviqata. İkinci tərəfdən, YAP-ın qurultayına nümayəndələr seçilir. Çalışırıq ki, bu ayın sonuna qədər konfranslarımızı yekunlaşdırsaq.

– Sizi iqtidarın artilleriyasına bənzədirlər. Bu bənzərliyə münasibətiniz necədir?

– Deyirlər də... Onların öz fikridir. Bu barədə bir söz deyə bilmərəm. 

– Sizi siyasətə nə çəkdi?

– Siyasətə gəlməyim uzun bir dövrü əhatə edir. Əsasən hərbi xidmətdə olan dövrdən başlayıb. Düzdü, orta məktəbdə oxuyanda da ictimai-siyasi həyatda aktiv idim. Bütün tədbirlərdə fəal iştirak edirdim. Milli azadlıq hərəkatı bizim dövrümüzə düşdü. O vaxt hərbi xidməti yenicə bitirmişdim. Hərbi xidmətdə olanda bütün kazarmalarda SSRİ-nin Siyasi Büro üzvlərinin şəkli asılmışdı. Orda Heydər Əliyevin də şəkli vardı. Bir gün gəlib Heydər Əliyevin şəklini çıxartdılar. 1987-ci ilin noyabr ayı idi. Heydər Əliyevi onda Siyasi Bürodan çıxarılmışdı. Bu hadisə orda olan azərbaycanlılara çox pis təsir etdi.

Əsgərlikdən qayıdandan sonra da milli azadlıq hərəkatı, mitinqlər, Azadlıq meydanı və s. Bundan sonra siyasi proses başladı. O vaxtlar yaş senzi mitinqləri vardı. Ali Sovetin qarşısında yaş senzi mitinqləri təşkil elədik. Bu proses uzun müddət davam elədi və Yeni Azərbaycan Partiyasının yaranması ideyası ortaya çıxdı.

– YAP-a o vaxt hər adam yazılmırdı?

– Ümumiyyətlə o vaxt çətin idi. Bir tərəfdən, ərazilər işğal olunurdu, o bir tərəfdən siyasi partiyalar yaranırdı. Həmin vaxt tələbə idim. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində oxuyurdum. Bir ayağımız Dağlıq Qarabağda, bir ayağımız da Bakıdakı mitinqlərdə idi. Hər adama etibar etmək, ürək qızdırmaq olmurdu. O vaxt “Əlincə” Cəmiyyəti vardı, Heydər Əliyevin namizədliyini irəli sürmüşdü. YAP əslində “Əlincə” Cəmiyyətinin bazasında yarandı. Həm də qərargahında. Mən də orda işləyirdim. Qısa müddətdə YAP bütün Azərbaycanda təsis edildi. Siyasətə gəlməyim həmin dövrdən başlayıb. Bəlkə də təhsilimi hüquq sahəsi üzrə davam etdirə bilərdim. Amma vaxtım olmadı.

“İndiki gənclər bizim qədər mübariz deyil”

 

– Hər halda, istəyiniz də olmadı ixtisasınızın arxasınca getməyə...

– 13 ildir Milli Məclisin deputatıyam. Demək olmaz ki, davam etdirmirəm. 1995-ci ildə proporsional siyahıda deputatlığa namizəd olmuşam. Həmin vaxt siyahıda 23-cü adam idim.

– Siz həm də YAP-nın gənclər birliyinin sədri olmusunuz...

– 10 il gənclər birliyinin sədri olmuşam. 1995-ci ildən 2005-ci ilə qədər.

– O dövrlə bu dövrkü gənclərin arasında hansı fərqlər var?

– Fərq çox böyükdür. O dövr çox çətin idi. Həddindən artıq gənclər təşkilatı vardı. O vaxt bir sistemdən başqa bir sistemə keçilmişdi. O vaxtlar Naxçıvanda YAP-ın nəzarət-təftiş komitəsinin üzvü seçilmişdim. Cəmi 22 yaşım vardı. Orda məsələ qoyuldu ki, gənclər təşkilatı yaradılsın. O gənclər daha mübariz idi.                                                                                                                        

– İndiki gənclərdə bu yoxdu ki?

– Var. Biz gecə yataqxanada qərar qəbul edirdik ki, sabah gedirik döyüşə. 30 nəfərdən 28-i gəlirdi. Hamımız durub gedirdik döyüş bölgəsinə vuruşmağa. Dəfələrlə bu hallar olub. İndi düşünmürəm ki, elə bir qərar qəbul eləyib o addımı atalar. Buna baxmayaraq, vətənpərvər gənclər var.                                                                                                                                                              

“Müharibədən danışmaq istəmirəm, çünki...”

– Bir sözlə, indiki gəncləri qəbul eləmirsiniz, eləmi?

– 41-45-in müharibə iştirakçıları da bizi qəbul eləmir.                                                                            

– Əfqanıstan müharibəsində iştirakınızı necə xatırlayırsınız?

– O haqda danışmaq istəmirəm. Orden-medallarım da var.

– Bəs Qarabağ?

– Qarabağ müharibəsinin veteranıyam. Bu haqda da danışmayacağam. Bilirsiniz, bəzi adamlar var ki, eləmədiyi hərəkətlərə görə öyünürlər. Özlərini millətə o cür təqdim edirlər. Mən indi danışmaq istəmirəm. Gələcəkdə yazarlar o başqa məsələ. Hələ sağam, qarşıda döyüşlər var. Bircə onu deyə bilərəm ki bugünkü gündə də  sabah deputat mandatını yerə qoyub döyüş bölgəsinə birbaşa getməyə hazıram.

– Həm də peşəkar idman ustası olmusunuz.

– Sərbəst güləş üzrə SSRİ çempionuyam. 10 yaşımdan professional idmanla məşğul olmuşam. Hərdən yazırlar ki ,Siyavuş Novruzov Bədən Tərbiyəsi İnstitutunu bitirib. Mən Bədən Tərbiyəsi İnstitutunu bitirməmişəm.                                                                                                                                           

“Əsgərlikdə məktubu başqasına yazdırırdım“

– İdman bir az riskli peşədir. Kiçik yaşınızdan idmanla məşğul olduğunuza görə, ailənizin də dəstəyi vardı?

– O vaxt valideynlərdən icazə alınmalıydı. İdmanda müxtəlif zədələr alırdılar deyə, valideynlər ərizə yazırdı ki, özbaşına heç nə olmasın. Həm də uşaq idim. Çox gözəl də nəticələrim olub...

Hərbi xidmətdə bir qazax idmançı vardı - o çox güclü idmançıydı - hamını udmuşdu. Çıxdı ortaya, dedi ki, “kim var çıxsın qabağıma”. Boyu 1,95 sm,  çəkisi də məndən 20 kq çox idi. Sərbəst güləşdə bunun çox böyük rolu var. Qazax idmançının kürəyini yerə vurdum. Həm də valideynlərinin gözü qarşısında. Komandir yığdı bütün polku sıraya və mənə 15 gün məzuniyyət verdi.

– Siz də evə gəldiniz sevinə-sevinə, hə?

– Yox.

– Niyə? Valideynlərinizdən ötrü darıxmırdınız?

– Mənə çox məzuniyyət veriblər. Heç birində də gəlməmişəm.

– Valideynlərinizə qarşı bu qədər qarşı soyuq olmusunuz?

– Gələndə adam daha çox darıxır. Hər 6 aydan bir ancaq məktub yazırdım. O da “sağ-salamatam”, vəssalam. Bir əsgər yoldaşım vardı. O, valideynlərinə məktub yazanda deyirdim ki, bir dənə də mənim adımdan ailəmə yaz. Məktub yazmağın həvəskarı olmamışam.

– Sevdiyiniz qıza da məktub yazmamısınız?

– Yox. Həmin vaxt qardaşım da hərbi xidmətdə idi. Ancaq onu soruşurdum. Qardaşım Sibirdə qulluq edirdi. Məndən 2 yaş böyük idi.

“Sevgiyə vaxtım olmayıb”

– Peşəkar idmançılardan yaxşı cangüdən olur. Sizə belə təklif gəlmişdimi heç?

– Partiyamız yarananda, Heydər Əliyev Bakıya qayıdanda yanında olmuşam. İndi çox adam deyir Heydər Əliyevin yanında olub. 1993-cü ilin mart ayında Bakıya gələndə mən onun yanında olmuşam.

– Dostlarınızdan kimsə sizə xəyanət edib?

– Yox. Mənim dostum həddən artıq çoxdur.

– Çox dostun olması da yaxşı əlamət deyil axı?

– İstənilən rayonda istənilən qapını döyə bilərəm. Məktəb, tələbə, döyüş dostlarım çoxdur.

– Bu qədər dostlarınız var. Tez-tez bir araya gəlib görüşürsünüz?

– May ayında tələbə yoldaşlarımızla bir yerə yığışırıq.

– Siyasi söhbətlər edirsiniz?

– Yox. Əsasən tələbəlik illərinə qayıdırıq.

– Qayıtmaq istərdinizmi tələbəlik illərinizə?

– Əlbəttə. Amma gənclik dövrümüz çox pis dövrə düşüb. Biz başqaları kimi gəncliyimizi yaşamamışıq

– Sevgiyə vaxt qalmayıb?

– Baş o qədər qarışıq olub ki, sevgiyə vaxt qalmayıb.

– Neçə övladınız var?

– 2 övladım var: oğlum və qızım.

– Onlar da sizin kimi ictimai-siyasi işlərə meyllidirlər?

– Hələ kiçikdirlər. Oğlum əvvəl həkim olmaq istəyirdi, sonra hüquqşünas, indi də deputat olmaq istəyir.

“Hüquqa qəbul olmasaydım, mütləq ədəbiyyatı seçərdim”

– Asudə vaxtınızı necə keçirirsiniz?

– Vaxt qalır ki istirahət etməyə!?

– Bəs vaxt tapanda necə?

– Mübariz Qurbanlı ilə gəzməyə gedirik, idman edirik.

– Mübariz Qurbanlı darıxdırıcı insan təsiri bağışlayır.

– Çox savadlı, çox qabiliyyətli insandır.

– İki siyasətçi bir araya gələndə nədən danışırsınız?

– Siyasətdən kənara çıxmırıq. Elə evdə də siyasətdən danışırıq.

– Bəs ailəniz bezmir?

– Siyasət beynimizə yeriyib artıq.

– Evə alış-veriş etməkdən də uzaqsınız?

– Onun mənə aidiyyatı yoxdur. Özləri məşğul olur da.

– Siyavuş müəllim, siz həm də qalmaqallı çıxışlarınızla yadda qalırsınız.

– Qalmaqallı çıxış etmirəm. Mən həqiqəti deyirəm. Həqiqəti hərə bir cür başa düşür.

– Çıxışlarınızda bir ironiya da hiss olunur. Bu sizin taktikanızdır?

– Yox. Mən danışıram, hərdən bunu başqa yerə yozurlar. Şifahi xalq ədəbiyyatını çox yaxşı bilirəm. Hüquq fakültəsinə qəbul olmasaydım, mütləq ədəbiyyatı seçərdim.

– Filoloq olardınız?

– Bəli. Hüquq fakültəsini sonradan seçdim.

“Əkrəm Əylislinin bütün kitablarını oxumuşam”

– Oxuduğunuz yazıçılar, əsərlər çox olub yəqin?

– Həddən artıq çox ədəbiyyat oxumuşam.

– O dövrdə yazıçı Əkrəm Əylislini də sevə-sevə oxuduğunuza inanıram?

– Əkrəm Əylislinin bütün kitablarını oxumuşam. “Tənha narın nağılı”, “Mənim nəğməkar bibim”, “Atalılar və atasızlar” və s.

– “Daş yuxular”əsərini oxuyub tənqid etmisiniz, yoxsa oxumamış?

– Oxuyub tənqid etmişəm. Hazırda onun “Tıxac”əsəri üzərində “işləyirəm”.

– Tənqid etdikləriniz arasında Elmlər Akademiyası da var.

– Əkrəm Əylisliyə toxunaq. Hesab edirəm ki Əkrəm Əylislinin o yazısına mən cavab verməməliydim. Elmlər Akademiyası cavab verməlidir, onların institutları və onların rəhbərləri. Amma onlar susdular.

– Niyə susdular?

– O əsərdə Azərbaycan xalqı, İslam dini təhqir olunur. Bir-iki nəfəri çıxmaq şərtilə yerdə qalanların hamısı susur. Həmin əsərə tarixi faktlarla tutarlı şəkildə cavab vermədilər. Ziya Bünyadov hələ 1994-cü ildə Əkrəm Əylislinin erməni olduğunu demişdi. Bugün Ziya Bünyadov yoxdur. Amma Ziya Bünyadovu əvəz edənlər ortaya çıxıb sözünü demədilər. 

“Prezidentdən ev, mənzil xahiş edirlər, amma...”

– Nədən qorxdular?

– Hamı dedi ki, “bu yazıçı şəxsən məni təhqir etməyibsə, mənim əleyhimə yazmayıbsa, mən ona niyə cavab verməliyəm?!”. Kimsə cavab verməlidir, ya yox. Bu düşüncə tərziylə elmimizi inkişaf etdirə bilmərik. Bu yaxınlarda “Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq, orda mən öz fikirlərimi deyəcəm

Elementar bir şeyi götürün. Ermənistanın eks-prezidenti Köçəryan çıxış elədi, Ramiz Mehdiyev ona cavab verdi. Alimlərimiz niyə bir məqalə yazmadı, niyə cavab vermədi? Nizami Gəncəvini başqa şairlərimizi iranlı kimi qələmə verirlər. Bu yaxınlarda “Türkmənçay” müqaviləsilə bağlı məsələyə bir nəfər çıxıb cavab vermədi. Yenə mən sinəmi verdim qabağa, başladım iranlılarla mübarizə aparmağa.

– Hə, yeri gəlmişkən iranlı deputat Mənsur Həqiqətpura cavab verdiniz. Amma üz-üzə gəlmədiniz...

– Mən onunla nə vaxt və harda görüşəcəyimi dedim. Azərbaycanı 2 hissəyə bölən Araz çayı üzərində görüşə bilmərəm... Yenə deyirəm, mən cavab verəsi deyiləm. Akademiyanın o sahə üzrə akademik-alimləri var. Azərbaycan mənəviyyatı ilə televiziyalarda müxtəlif verilişlər gedir. Bu verilişlərdə cəmiyyətin əxlaqına zidd olan bəzi şeylər var. Biri bununla bağlı heç nə yazmır. Şah İsmayıl Xətai haqqında yenə Ramiz Mehdiyev yazdı. Halbuki, başqa-başqa institutlar işləməliydi, cəmiyyət onu oxumalıydı. Onların hamısını analız edib danışıram. Havadan götürüb danışmıram. Akademiyanın rəhbəri yenilənib, yeni prezident, vitse-prezidentlər seçilib. Ümid edirəm bundan sonra yaxşı olar. Gecə-gündüz prezidentdən ev də alırlar, maşın da alırlar, övladlarını da yerbəyer edirlər. Amma prezidentin əleyhinə bir yazı çıxanda bunların cəsarəti çatmır ki cavab versinlər. Xahişə hamıdan qabaqda durublar.

– Bəs Sirus Təbrizi Yaqub Mahmudovdan nə istəyir?

– Yaqub Mahmudovla bağlı onun dediyi fikir səhvdir. O həmin sənədə qol çəkməyib.

– O zaman niyə müxalifətlə bir araya gəlib futbol oynamırsınız, qol vurmursunuz?

– Müxalifətlə bir yerdə futbol oynayırıq. Xüsusən Fazil Mustafa ilə, Qüdrət Həsənquluyevlə.

– Bəs İsa Qəmbər, Əli Kərimli ilə niyə idman meydançasında bir araya gəlmirsiniz?

– Onlar bacarmazlar futbol oynamağı.

– Uduzarlar?

– Onlar uduzdurarlar bizi. Onlara etibar eləmək olmaz.

Bəs siyasətdə necə?

– Onlara siyasətdə də etibar etmək olmaz.

 

Namidə Bingöl


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Aga
17.05.2013, 22:54

Bedii esere elmi cavab verilmez

Demokratiya
17.05.2013, 22:59

Siyavuş müəllim tələbə vaxtı da belə edərdi. Həmişə ona imtiyaz verən məsələlərdən çəkinib, özünü hamı kimi sadə təqdim edərdi. Əfqanstanda komandirimiz idi, hamımızdan çox orden - medal qazanıb. Həmçinin Qarabağ müharibəsi veteranıdır. İnanın ki, tam səmimi yazıram "fikrləşərlər ki, istifadə edir " məsələsinə görə həmişə nəaliyyətini-imtiyazlılığını bildirməzdi. Bildiyimə görə əmək haqqına veteranlara olan güzəştlə bağlı imtiyazdan da imtina edib. Soruşanda deyir ki, o nəaliyyətlər mənim həyat tərzimdir, nə isə qoparmaq üçün vasitə yox. Əfqanstanda Azərbaycanl əsgərlər arasında Ona "millət atası", "ded rossiya" ləqəbləri vermişilər. Məndə həmin hər iki müharibə dövrünün Siyavuş müəllimin olduğu çox maraqlı şəkilləri var. sayt istəsə təqdim edərəm.

redaktordan Demokratiyaya
17.05.2013, 23:28

Bilirəm ki zarafat edirsiniz)) Amma gerçək də ola bilər. Dedikləriniz düzdürsə, şəkilləri göndərin saytımızın adresinə

Demokratiyadan sayta
17.05.2013, 23:44

Diqqətinizə görə təşəkkür edirəm. Bir az uzqadayam. Gələn həftə ərzində saytla əlaqə yaradıb, şəkilləri təqdim edəcəyəm. Söz.

Elmir
18.05.2013, 01:32

bu xanim edebiyyati birce damci bilseydi cox maraqli musahibe alinardi. istiqamet verir, musahib

Nizami
18.05.2013, 18:54

Harda bu yoldaş haqda söhbət gedirsə, Demokrıtiya birinci olaraq şəhr yazır. Çox müammalıdır. Müsahibənin səviyyəsi göz qabağındadır.Arzu edirəm ki, "gələçək deputat" həqiqəti dəstəkləyən və xalqa həqiqi dayaq olan deputat olsun

Əbdül Məmmədov
04.06.2013, 19:21

Mən ona təəssüf edirəm ki Siyavuş müəllim13 illik deputatlığı müddətdə bu xalqa nə xeyiri dəyib o haqda danışmayıb.Seçiciləri ilə bir dəfə də olsun görüşübmü???Son seçkilərin həqiqi nəticəsini bilirmi?

Ariz Abduləliyev
06.09.2013, 13:00

Siyavuş Novruzovun lirikası yaman təsrili alınıb. İnşallah belə təbliğatla nazir olmaq arzusuna da çatar. Allah balalarını xoşbəxt eləsin. Amin. Siyavuş Novruzovun müsahibəsi də daxil olmaqla, yazılara şərh yazanlar yaxşı olardı, adını-soyadını açıq bildirəydilər. Şəxsən mən şərti adlarla münasibət bildirənlərə inanmıram. Düz adamsansa və düz yazırsansa, daha adını niyə yalançı adla - demokratiya yazırsan? Yəni S, Novruzovu tərif edəndə öz adını göstərə bilmirsən? O ki qaldı müsahibəyə, elə də pis deyil. Saytdan xahiş edirəm, Pəncərə layihəsinə Azərbaycanın görkəmli şəxsiyyətlərini, ziyalılarını çıxarıb xalqa təqdim eləsinlər, cəmiyyətimizə tanıtsınlar, maarifçiliklə məşqul olsunlar. S. Novruzov onsuz da gündə mətbuatda və efirdədi. Bir də, S. Novruzova verdikləri sualları onun əvəzinə mənə versəydilər, mən S. Novruzovun verəcəyi cavabları olduğu kimi sayta yazıb verərdim. Daha deputatln vaxtını niyə alırdılar. AZərbaycanın akademik Telman Əliyev kimi kibernatika sahəsində dünyəvi şəxsiyyəti var. Bütün kitabları Avropa universitetlərindən dərslik kimi öyrənilir. Amma Torqovıya çıxanda xalq onu yox, Siyavuşu, ya Namiq Qaraçuxurlunu, ya da Spase-dəki məşhur diletantı tanıyır. Niyə? Ona görə ki jurnalistlərin özləri də dəyərli şəxsiyətlərimizi tanımırlar, AZərbaycandan xəbərləri yoxdur və buna görə də Siyavuşu təbliğ eləməklə başlarını girləyirlər. AZərbaycanın İnternet mediasında ərləri, sevgililəri ilə necə yatmağından danışanları görəndə adam xəcalət çəkir. Yəni Azərbaycanda şəxsiyyətlər, dəyərli əsərlər, dəyərli mövzular, peşəkar jurnalistlər bu qədər tükəniblər? İnternetdə filosofluq baş alıb gedir, biri əxlaqın, o birisi azadlığın fələsəfəsindən "fəlsəfə" yazır. Heş olmasa, arabir yazdıqlarını oxuyub utanmağı da bacarmırlar. Media niyə fəlsəfə ilə elmi məşğul olan alimlərin, görkəmli filosofların məqalələrini, fikirlərini dərc eləmir ki, oxucular da oxuyub faydalansınlar. Niyə Milli Qəhrəmanları tapıb onları tanıtmırsınız, niyə Əfqanıstanda, Qarabağda döyüşən zabitlərimizi tanıtmırsınız? Axı bu Siyavuşu milli qəhrəman, igid döyüşçü kimi cəmiyyətimizə təbliğ eləməkdə məqsədiniz nədir? Bəlkə belə yazılar YAP-dan təşkil olunur... Heç bilirsiniz, bölgələrimizdə ömrünü müəllimliyə həsr edən, yüzlərlə şagird yetirən, onları düzgün həyat yoluna yönəldən insanlar var? Niyə "Şərəfli ömür" rubrikası açıb bölgələrdəki elm, müəllim, sənət, peşə məşhurlarını təbliğ eləmirsiniz? Mən İnternet mediasına təhqiqatlar apara bilən, dəyərli adamları cəmiyyətə tanıda bilən, ziyalılarımızı axtarıb-tapıb danışdıran, dünyəvi alimlərimizi və sənətçilərimizi təbliğ edə bilən, imzasını imzalar arasında tanıda bilən jurnalistlər arzulayıram. Mediamıza informasiya ilə yanaşı maarifçilik fəaliyyəti də arzulayıram.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Aksiyada 12 nəfər saxlanıldı
19.01.2019, 21:15

Aksiyada 12 nəfər saxlanıldı

Bakıda sərnişin avtobusu qəza törətdi
19.01.2019, 21:01

Bakıda sərnişin avtobusu qəza törətdi

Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi
19.01.2019, 20:46

Hərbi helikopter qəza təhlükəsi ilə üzləşdi

Ali məktəblərə tələbə qəbuluna dair...  - RƏSMİ
19.01.2019, 20:31

Ali məktəblərə tələbə qəbuluna dair...  - RƏSMİ

Meksikadakı partlayışda 66 nəfər öldü
19.01.2019, 20:19

Meksikadakı partlayışda 66 nəfər öldü

Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”
19.01.2019, 20:01

Əli Əhmədov: “Səbəb müxalifətin sosial dayaqlarını itirməsidir”

“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev
19.01.2019, 17:30

“Dinc əhaliyə divan tutuldu” – Rövşən Rzayev

Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ
19.01.2019, 17:19

Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib – RƏSMİ

Məcburi köçkün uşaqları üçün seçimlər başa çatıb
19.01.2019, 17:16

Məcburi köçkün uşaqları üçün seçimlər başa çatıb

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı
19.01.2019, 17:14

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Zimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı
19.01.2019, 16:47

Zimbabve Prezidentinin Azərbaycan səfəri başa çatdı

“Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”
19.01.2019, 16:42

“Avropa Parlamentinin son qətnaməsi ikrah doğurur”

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” - MirHəsən Seyidov
19.01.2019, 16:32

“20 Yanvar əsasında müstəqilliyimiz möhkəmləndi” - MirHəsən Seyidov

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi
19.01.2019, 16:27

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi

Deputat və professor Modern.az-ın Nəsimi ilə bağlı addımını yüksək QİYMƏTLƏNDİRDİ   
19.01.2019, 15:55

Deputat və professor Modern.az-ın Nəsimi ilə bağlı addımını yüksək QİYMƏTLƏNDİRDİ  

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ
19.01.2019, 15:32

8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ

Biləcəri sakinləri “Güllə Yağışı”nın önünə toplandı
19.01.2019, 15:11

Biləcəri sakinləri “Güllə Yağışı”nın önünə toplandı

UNEC-də hər bir tələbə müraciəti araşdırılır
19.01.2019, 15:06

UNEC-də hər bir tələbə müraciəti araşdırılır

Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT - dəstə tutuldu      
19.01.2019, 15:03

Bakıda narkotacirlərə qarşı ƏMƏLİYYAT - dəstə tutuldu    

Azərbaycan və Zimbabve prezidentləri görüşdü - YENİLƏNİB
19.01.2019, 14:40

Azərbaycan və Zimbabve prezidentləri görüşdü - YENİLƏNİB

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
19.01.2019, 14:38

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi
19.01.2019, 14:02

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı 
19.01.2019, 13:55

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı 

Sabahın havası - şaxta olacaq
19.01.2019, 13:32

Sabahın havası - şaxta olacaq

Ehsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı  
19.01.2019, 13:19

Ehsan Zahidov “DİN-in bu hüquqları əlindən alındı” iddiasını yalanladı  

Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...
19.01.2019, 13:08

Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək: “Ona ateist deyirdilər”...

Lənkəranda  20 Yanvar şəhidləri anıldı - FOTO
19.01.2019, 13:01

Lənkəranda  20 Yanvar şəhidləri anıldı - FOTO

“Reseptlə” dilənənlər – XƏBƏRDARLIQ
19.01.2019, 12:44

“Reseptlə” dilənənlər – XƏBƏRDARLIQ

Bakıda piyada ÖLÜMÜ 
19.01.2019, 12:40

Bakıda piyada ÖLÜMÜ 

Yanacaqdoldurma məntəqəsinə maskalı basqın edənlər saxlanıldı
19.01.2019, 12:24

Yanacaqdoldurma məntəqəsinə maskalı basqın edənlər saxlanıldı

Borca görə 19 nəfər tutuldu
19.01.2019, 11:05

Borca görə 19 nəfər tutuldu

Balakən sakinlərindən qanunsuz silahlar götürüldü
19.01.2019, 10:58

Balakən sakinlərindən qanunsuz silahlar götürüldü

Polis axtarışda olan şəxsi saxladı
19.01.2019, 10:54

Polis axtarışda olan şəxsi saxladı

Kosmik peykləri məhv edəcək RAKET - 17 dəqiqəyə 3 min kilometr uçdu 
19.01.2019, 10:41

Kosmik peykləri məhv edəcək RAKET - 17 dəqiqəyə 3 min kilometr uçdu 

Nəsiminin Suriyadakı məzarından ÖZƏL FOTOLAR
19.01.2019, 10:11

Nəsiminin Suriyadakı məzarından ÖZƏL FOTOLAR

Ermənilər kəndlərimizi atəşə tutdu
19.01.2019, 09:51

Ermənilər kəndlərimizi atəşə tutdu

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...
19.01.2019, 09:35

İspaniyanın ilk Oskar alan aktyoru - 50 yaşlı məşhur...

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  
19.01.2019, 09:32

20 yanvardan bəhs edən filmin məsləhətçisi: “Telekanallar “Hüznlü ana”nı vermək istəmirlər” - MÜSAHİBƏ  

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı
19.01.2019, 01:01

Şahmat üzrə Azərbaycan çempionatının III turu yekunlaşdı

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb
19.01.2019, 00:47

Ukrayna əhalisinin sayı  208,8 min nəfər azalıb

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü
19.01.2019, 00:27

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Meksikada 6 bal gücündə zəlzələ
19.01.2019, 00:16

Meksikada 6 bal gücündə zəlzələ

Trampla Kim Çen In fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen In fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

ARXİV