21 yanvar 2019, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Akademik Ziya Bünyadovun fərziyyəsi: "Nəsimini diri-diri soymayıblar”
Akademik Ziya Bünyadovun fərziyyəsi: "Nəsimini diri-diri soymayıblar”
10.10.2013, 16:15

Azərbaycanın böyük alimlərindən olan mərhum akademik Ziya Bünyadov elmdə həmişə öz orijinal araşdırma və məqalələri ilə yadda qalıb. Uzun müddət Şərqşünaslıq İnstitutunun direktoru və Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuş alim xilafət dövrünün və VII-XIII əsr Azərbaycan tarixinin tədqiqatçısı idi. Ensiklopedik zəka sahibi olan alim bununla yanaşı, orta əsr Azərbaycan tarixi, Şərq fəlsəfəsi və İslam mədəniyyəti barədə də geniş araşdırmalar aparıb. Bu araşdırmaların hər biri orijinal elmi məqalə xarakterli olub. Həmin məqalələrdən sonra alimlər tərəfindən tarixə yeni və əsaslı baxış, elmi yanaşmalar olub.

Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin öülümü ilə bağlıdır. Çoxumuza ədəbiyyatdan və Nəsimi haqqında çəkilmiş filmdən məlumdur ki, şairi dird-diri edam edib, dərisini soyublar.
Amma Ziya Bünyadovun məqaləsində Nəsimi barədəki bu məlumatlara yeni yanaşma öz əksini  tapıb. Akademuk Nəsimin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib.

Ziya Bünyadov məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan  materialların azlığından şikayət edir. Bildiri ki, müasir Azərbaycan şərqşünasları  Nəsiminin edamına aid faktları yalnız türk alimi Əbdülbaqi Gölpınarlının “İslam ensiklopediyasında”kı “Nəsimi” adlı məqaləsindən götürüb və bununla da kifayətləniblər.
Ziya Bünyadov Nəsiminin məhkəməsində kimin onun əleyhinə danışması, həmin adamlara Nəsiminin nə cavab verməsi barədə məlumatların yoxluğundan şikayətlənir və öz məqaləsində bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Modern.az saytı mərhum akademikin bu orijinal fərziyyəni əks etdirən məqaləsini təqdim edir. Məqalə Ziya Bünyadovun ölümündən çox sonra, Şərqşünaslıq İnstitutunun orqanı olan “Azərbaycan Şərqşünaslığı” jurnalının 2009-cu ildəki birinci nömrəsində çap olunub. 

“İndiyə qədər Nəsiminin ölümü haqqında xəbər bizə yalnız türk alimi Əbdülbaqi Gölpınarlının "İslam Ensiklopedisi"ndə dərc olunmuş "Nəsimi" adlı məqaləsindən bəllidir (Bax: "İslam Ansiklopedisi", İstanbul, 1964, cild 9, səh. 206-207).
Məqalədə qısaca deyilir ki, Nəsiminin məhkəməsi və qətli məmlük sultanı əl-Müəyyəd Seyfəddin Şeyxin hakimiyyəti (815-824 hicri və ya 1412-1421-ci miladi illər) və Hələb valisi Yaşbək ibn Abdulla əl-Yusifinin dövründə (818-824 hicri və ya 1414-1424-ci miladi illər) olub.

Bu məlumat alimlərimiz tərəfindən sözsüz qəbul olunur və eynilə bütün tədqiqatlara köçürülür. Lakin Nəsiminin məhkəməsi necə keçib, kim əleyhinə danışıb, özü nə cavab verib, qətli haqda  sərəncamı kim verib - bütün bunlar oxuculara bəlli deyil.
Bundan başqa, Nəsiminin adı və haralılığı haqda məlumat da müxtəlif ərəb mənbələrində müxtəlifdir. Ərəb müəllifləri İbn Həcər Əsqəlani (1372-1449) "Ənba əl-qumr biəbna əl-umr" ("Həyat oğulları haqqında dolğun bilgi"), Şəmsəddin Səxavi (1427-1497) "əd-Da`əllami liəhl əl-qərn ət-tasi" ("9-cu hicri əsrinin əhli üzərinə parıldayan işıq") və İbn əl-İmdad əl-Hənbəli (öl. 1678) "Şəzərat əz-zəhəb fi əxbari min zəhəb" ("Ölüb gedənlər haqqında xəbərlərdən qızıl dənəciklər") əsərində aşağıdakı məlumatı verirlər:

"820-ci (1417) ildə Hələbdə yaşayan Şeyx Nəsiməddin Təbrizi öldürülmüşdür. O, Hələbdə hürufiyyə məzhəbinin şeyxi idi. Orada onun məsləkdaşlarının sayı artır, küfrü intişar edir və şöhrət qazanır. Onun sərəncamları sultan əl-Müəyyəd Şeyxin onu öldürmək haqqında əmrinə qədər yerinə yetirilirdi. Onun başını kəsib, dərisini soydular və cəsədini çarmıxa çəkdilər".

Beləliklə, üç ərəb orta əsrlər müəllifləri Nəsiminin adını İmadəddin yox, Nəsiməddin kimi və yer mənsubiyyətini Nəsimi və ya Şirvani yox, Təbrizi kimi qələmə alırlar.

Yalnız 1920-ci ildə vəfat etmiş Məhəmməd Raqib ibn Mahmud ibn Haşim ət-Təbbaq əl-Hələbinin "İlam ən-nubəla bitarix Hələb əş-Şəhra" ("Ali cənabların Boz Hələbin tarixi haqqında məlumatları") adlı əsərində (Hələb, III c., 1925, s.15-16) Nəsiminin məhkəməsi və qətli haqqında bir qədər müfəssəl məlumat verilir. Ancaq bu məlumatıda Məhəmməd Raqib 1479-cu ildə vəfat etmiş Əbuzər Əhməd ibn Burhan İbrahim Sibt ibn əl-Hələbinin "Künüz əz-zəhəb fi-tarix Hələb" ("Hələb tarixinə dair qızıl xəzinələr") adlı əsərindən götürüb. Təəssüf ki, son əsər bizə gəlib çatmayıb. Lakin ehtimal etmək olar ki, Məhəmməd Raqib Nəsimi haqında məlumatı xətərsiz köçürüb.

Məlumatın mətni belədir:

"İmadəddin Nəsiminin qətli hekayəsi:

"Künüz əz-zəhəb"də deyilir ki, zındıq (bidətçi - red.) Nəsiminin qətli əmir Yaşbək ibn Abdulla əl-Yusifinin vaxtında olub. Ona qarşı ittiham Hələbin Ədalət Sarayında şeyximiz ibn Xətibin və Şəmsəddin ibn Əminnəddövlənin hüzurunda irəli sürülüb. Həmin zaman şeyxin naibi İzzəddin, malikilərin qazılar qazısı Fətxəddin və hənbəlilərin qazılar qazısı Şihabəddin də orada olub.
Nəsimi bir para ağılsız adamları azdırıb yoldan edib və bunlar onun küfrünə, zındıqlığına və mülhidliyinə (çoxallahlılıq) qoşularaq, onun ardınca gediblər.

İttiham ilə onun əleyhinə hənəfilərin qazılar qazısı İbn əş-Şənqasi çıxış edib. Bu hadisə qazıların və Hələb şəhəri üləmalarının hüzurunda baş verib və naib Yaşbək ona (Nəsimiyə - Z.B.) deyir:

"Sən öz dediklərini sübuta yetirməlisən, yoxsa mən səni öldürəcəyəm!".

Bu sözləri eşitcək İbn əş-Şənqasi ittihamdan imtina edir. Nəsimi isə iki dəfə kəlmeyi-şəhadət deməkdən savayı başqa bir söz demir və özünə qarşı deyilənləri inkar edir. Bu anda hənbəlilərin şeyxi Şihabəddin durub malikilərin qazısı Fətxəddindən yuxarı başda oturub və həmin məclisdə fitva verib ki, Nəsimi zındıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. O (Şihabəddin - Z.B.) Fətxəddindən yuxarı başa keçib oturarkən Fətxəddin özünü ondan yan çəkir və Şihabəddin ona deyir: "Nə üçün də onun qətlinə fitva verilməsin?" Fətxəddin isə ona deyir, olmaya öz əlinlə ona ölüm hökmü yazmaq istəyirsən?" Şihabəddin: "Bəli!" deyə cavab verir. Sonra o, fitva sənədini tutub yazır və öz yazısını şeyximiz ibn Xatibə və iştirak edən qalan qazı və üləmalara təqdim edir. Onlar isə onun fitvasına razılıq vermirlər və Fətxəddin ona deyir: "Qazı və üləmalar səninlə razı olmadıqları halda, mən sənin sözünlə ona necə ölüm hökmü kəsə bilərəm?"

Əmir Yaşbəksə söyləyir: "Mən onu öldürə bilmərəm, çünki sultan Əl-Müəyyəd göstəriş verib ki onu (sultan - Z.B.) məsələdən xəbərdar edim. Belə ki, mən sultanın Nəsimi barəsində nə kimi sərəncam verəcəyini gözləməliyəm".

Məclis bununla dağılır və Nəsimi naib Yaşbək yanında, ədalət sarayında dustaq qalır. Onun işi ilə sultan əl-Müəyyədi tanış etdilər. Bundan sonra Yaşbəkə göstəriş gəlir ki, dustaq zindana köçürülsün. Nəsimini aparıb qala həbsxanasına salırlar. Sonra isə Sultan əl-Müəyyədin sərəncamı gəlir çatır ki, Nəsimi öldürülüb dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da cəsədi parça-parça edilsin: bir qismi Əlibəy Zülqədərə və onun qardaşı Nəsrəddinə göndərilsin. Belə ki, Nəsimi onların da inamlarını pozmuşdu.

Nəsimi ilə elə belə də etdilər.

O kafir, mülhid bir adam idi. Allah bizi onun söz və əməllərindən hifz edib qorusun! Amma onun lətif şeirləri vardır!"

Bu sözlərdən sonra Məhəmməd Raqib yazır: "Mən deyirəm ki, Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində "Sultan hamamı" adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona "Nəsimi təkyəsi" deyirlər".

Bu mötəbər məxəzlərdən gətirilən məlumat göstərir ki, Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır.

Akademik Ziya BÜNYADOV
"Azərbaycan şərqşünaslığı" jurnalı; N1, 2009.”

Hazırladı: Elmin Nuri


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Naziim Nəsrəddinov
11.10.2013, 05:58

*** Ziya Bünyadov da səhv edərmiş*** Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında oxuduğum illərdə attestasiya zamanı ən çöx ehtiyat etdiyimiz akademik Ziya Bünyadov idi. Sonralar Ziya Bünyadovla dostlaşdıq. Dostumuz Faiqin köməkliyi ilə onu Elxan Əmirvəyovun direktor olduğu Araz Ekologiya Liseyinə dəvət etdik.Maraqlı söhbətimiz alındı.Bir yerdə şəkil çəkdirdik.Yenə də ehtiyat edib dərin söhbətlərə meydan açmadıq. Əlimdəki "Qirmızı terror " kitabını görüb söhbətin məcrasını dəyişdi. (Kitabı alimlə görüşə abtoqraf yazdırmaq üçün aparmışdım. Amma ehtiyat edib , bu fikrimdən daşındım ki, birdən yersiz söz-söhbət yaranar). O görüşün şəkilləri ,yəqin ki, E.Əmirbəyobda qalıb.Səhv etmirəmsə, 1993- cü il, ya 1994-cü il idi. Ekologiya Liseyinin 10-15 müəllimi Akademiyanın kadrları idi: dilçi İsmayıl Məmmədov, kimyaçı Vəli Əliyev, Mahmud Kərimovun dostu Valentin Kojarin, fizik Sərhəd müəllim, sənətşünas Cəmilə müəllimə və başqaları. Onların hamısı Z.Bünyadovun xasiyyətinə bələd idi. Ziya Bünyadov hamımızın sevimlisi idi. Onunla əlbir yaradıcılıq işimiz çöx idi. İndi mən inaha bilmirəm ki, Ziya Bünyadov Əbdülbaqi Gölpinarlını tanımırmış. Ə.Gölpinarlı əslən Azərvaycandandır, atası Şəkidəndir. Əbdülbaqi Gölpinarlı Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçılarından olub.Nəsimini, M.Füzulini,Molla Nəsrəddini tədqiq edib..Mən son 2-3 il ərzində onun həyat və yaradıcılığı haqqında 10-15 məqalə yazmışam. Ə.Gölpinarlı Professor Fuad Köprülüzadənin rəhbərliyi ilə elmi əsərlər yazıb.Sonralar elmi yaradıcılıqlarındakı fikirlərə görə əqidə dostluğundan uzaqlaşıblar. Mənim Ə.Gölpinarlı haqqında yazdığım məqalələr Azərbaycan və Türkiyə mətbuatında işıq üzü görmüşdür. Səhv etmirəmsə, onlardan birini "Modern.az" da yayımlayıb. Təəssüf ki, nə Şərqşünaslıq İnstitutu , nə də Ədəbiyyat İnstitutu bu yazılara reaksiya verməyib. "Ədəbiyyat qəzeti"nin redaktoru Vəfalı Ayaz müəllim də 2 ildir ki, yazılarımdan birini arxivində bərk-bərk saxlayır, çap etməyə cəhd göstərmir. Ayaz müəllimin dediyinə görə o, Füzuli haqqında tədqiqatında Ə.Gölpinarlının adını çəkib. Ayaz müəllim də Ə.Gölpinarlını məhz Türkiyə alimi kimi tanıyır. Hə...Yenə də qayıdıram Ziya Bünyadov və Ə.Gölpinarlı məsələsinə. Doğrudanmı , yerin altını da,üstünü də bilən Z.Bünyadov Əbdülbaqi Gölpinarlının əslən Azərbaycanlı olduğunu bilmirmiş? İnanmıram... Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi,Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü,TQDK-nın eksperti. 10.10.2013-cü il. s.21:49.

Kərimbəyli
11.10.2013, 09:17

Yaxşı yazıdır.

Nazim Nəsrəddinov
16.10.2013, 19:55

Abdülbaki Gölpinarlı ilə ilgili iki yazımın adını oxuculara çatdırıram: 1. Nazim Nəsrəddinov.Tanımadığımız Azərbaycanlı (sözü qabartmaq üçün ümumi ismi qəsdən böyük hərflə yazmışam-N.N.) alim Abdulbaki Gölpinarlı(1900-1982),"Halduncezayirlioğlu koleksiyonu",06.05.2012. 2.Nazim Nəsrəddinov. Göybulaqlı (Golpinarlı-N.N.) Türkiyə alimi- Azərbaycan mühaciri Abdülbaki Gölpinarlı."Modern.az"saytı,23.06.2012, s. 17:15. Hörmətlə, Nazim müəllim. Bakı,16.10.2013. s.11:57. P.S. Mənim bir çox yazılarıma yaşıl işıq yandıran, hələ yaxşı tanımadığım Elşad müəllimə-bəzi sərt şərhlərimə görə məndən inciyən çox hörmətli Elşad müəllimə- Abdülbaki Gölpinarlını Azərbaycan oxucularına və Azərbaycan dili başa düşülən başqa yerlərdəki oxuculara tanıtdığı üçün təşəkkür edirəm.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
101 dövlət əmlakı özəlləşdirilir
21.01.2019, 13:42

101 dövlət əmlakı özəlləşdirilir

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
21.01.2019, 13:14

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21.01.2019, 13:09

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

İmişlidə 3 uşaq anası intihar edib
21.01.2019, 12:58

İmişlidə 3 uşaq anası intihar edib

Sabah hava necə olacaq? - PROQNOZ   
21.01.2019, 12:56

Sabah hava necə olacaq? - PROQNOZ  

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21.01.2019, 12:54

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21.01.2019, 12:52

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı
21.01.2019, 12:29

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 
21.01.2019, 12:26

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər
21.01.2019, 12:18

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər

Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!
21.01.2019, 11:56

Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!

İslam İnkişaf Bankının təqaüd proqramı açıqlandı
21.01.2019, 11:40

İslam İnkişaf Bankının təqaüd proqramı açıqlandı

Əfqanıstanda 18 nəfər partlayışın qurbanı oldu
21.01.2019, 11:29

Əfqanıstanda 18 nəfər partlayışın qurbanı oldu

Babək prospekti niyə deformasiyaya uğradı...
21.01.2019, 11:28

Babək prospekti niyə deformasiyaya uğradı...

Ermənilər Kəlbəcərdə qəzaya düşdülər: 3 ölü, 1 yaralı
21.01.2019, 11:16

Ermənilər Kəlbəcərdə qəzaya düşdülər: 3 ölü, 1 yaralı

Şəhidlər xiyabanında “səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA
21.01.2019, 11:03

Şəhidlər xiyabanında səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA

Futbolçular qəzaya uğradılar: 13 ölü, 20 yaralı
21.01.2019, 10:58

Futbolçular qəzaya uğradılar: 13 ölü, 20 yaralı

“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI
21.01.2019, 10:58

“Coşqun ofisiant, mən satıcı işləyir, Azər Axşam və Rafael klounluq edirdi” - Bir qrupun MƏZUNLARI

Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək
21.01.2019, 10:57

Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək

“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir
21.01.2019, 10:37

“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 
21.01.2019, 10:33

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr təyin edilib 

Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı
21.01.2019, 10:10

Kapital Bank-ın müştəriləri “13-cü maaş” qazandı

Hakerlərimiz 2 min erməninin “e-mail”ni ələ keçirdilər  
21.01.2019, 10:10

Hakerlərimiz 2 min erməninin e-mail”ni ələ keçirdilər  

“Güzəştli mənzil” sistemində YENİLİKLƏR   
21.01.2019, 10:07

“Güzəştli mənzil” sistemində YENİLİKLƏR  

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır
21.01.2019, 10:06

Bölgələrdə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı
21.01.2019, 10:02

Son iki günün “yol terroru”: 7 qəza, 2 ölü, 12 yaralı

Ağstafada 20 Yanvar şəhidləri anıldı
21.01.2019, 10:00

Ağstafada 20 Yanvar şəhidləri anıldı

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb
21.01.2019, 10:00

Gəncədə “20 Yanvar” faciəsi şəhidlərinin xatirəsi anılıb

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib
21.01.2019, 09:59

Mustafa Abbasbəyli nazir müşaviri təyin edilib

Ermənilər kəndlərimizi atəşə tutdu
21.01.2019, 09:41

Ermənilər kəndlərimizi atəşə tutdu

Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR
21.01.2019, 09:15

Milli Məclisin deputatları Strasburqdadır - AŞPA sessiyası BAŞLAYIR

Mehman Cavadoğlunun ailəsində ağır itki
21.01.2019, 08:57

Mehman Cavadoğlunun ailəsində ağır itki

Doğum evlərində yeni standartlar tətbiq ediləcək
21.01.2019, 08:55

Doğum evlərində yeni standartlar tətbiq ediləcək

Firuz Mustafanın anası vəfat edib
21.01.2019, 08:48

Firuz Mustafanın anası vəfat edib

Bu ilin ilk Ay tutulması baş verdi
21.01.2019, 08:29

Bu ilin ilk Ay tutulması baş verdi

Amerikadakı Leyli və Məcnun...    
21.01.2019, 08:26

Amerikadakı Leyli və Məcnun...  

Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı
21.01.2019, 08:13

Manat yeni həftəyə bu MƏZƏNNƏ ilə başladı

Sabunçu rayonunda dörd otaqlı ev yandı
21.01.2019, 00:45

Sabunçu rayonunda dörd otaqlı ev yandı

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü
21.01.2019, 00:27

Zəlzələ sonrası iki nəfər ürək tutmasından öldü

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı
21.01.2019, 00:04

Tramp vətəndaşları evdən çıxmamağa çağırdı

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu
20.01.2019, 23:36

Rəcəbov heç-heçə etdi, Məmmədyarov uduzdu

Ağstafada yanğında xəsarət alan qadın öldü
20.01.2019, 23:09

Ağstafada yanğında xəsarət alan qadın öldü

İrana casusluq edən alman zabiti yaxalanıb
20.01.2019, 22:43

İrana casusluq edən alman zabiti yaxalanıb

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU
20.01.2019, 22:22

Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – VİDEO - SORĞU

Rusiya Yaponiya arasında GƏRGİNLİK
20.01.2019, 22:01

Rusiya Yaponiya arasında GƏRGİNLİK

Bakıda sərnişin avtobusu qəza törətdi
20.01.2019, 21:42

Bakıda sərnişin avtobusu qəza törətdi

Qadın əməliyyat zamanı öldü
20.01.2019, 21:22

Qadın əməliyyat zamanı öldü

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi
20.01.2019, 21:06

UEFA Çempionlar Liqası üçün yeni topu təqdim etdi

122,5 min insan işıqsız qalıb
20.01.2019, 20:55

122,5 min insan işıqsız qalıb

Tibetdə 5 bal gücündə zəlzələ oldu
20.01.2019, 20:43

Tibetdə 5 bal gücündə zəlzələ oldu

ARXİV