19 yanvar 2019, Şənbə
Ana Səhifə - - “AMEA prezidentləri” - Həsən Abdullayev Akif Əlizadənin "kobud" səhvini necə düzəldib...
“AMEA prezidentləri” - Həsən Abdullayev Akif Əlizadənin "kobud" səhvini necə düzəldib...
06.02.2015, 14:20


2015-ci il bir çox tarixi hadisələr üçün yubiley xarakterli olacaq. Bu il yubileyini keçirəcək qurumlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır. Elm ocağının 2015-ci ildə 70 yaşı tamam olacaq. Modern.az saytı bu münasibətlə “AMEA prezidentləri” rubrikasında elm ocağına ayrı-ayrı vaxtlarda rəhbərlik edən alimlər barəsində yazılar təqdim edir. 

Rubrikada AMEA-nın prezidenti olmasa belə, elmi fəaliyyətinə görə yüksək nüfuz sahibi olan digər görkəmli alimlər barəsində də araşdırmalar yer alacaq. Bu dəfə haqqında danışacağımız şəxs Azərbaycan fizika elmində yeni məktəb yaradan, SSRİ məkanında hətta Aya baxışı dəyişən akademik Həsən Abdullayevdir. Araşdırmada istifadə olunan xatirələr və epizodlar üçün  onun barəsində çəkilən sənədli televiziya filmdən istifadə edilib.

DOSYE: 1918-ci ildə dünyaya gələn Həsən Abdullayev Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Yaycı kəndində çox kasıb ailənin övladı olub. Ailədə 5 qardaş olublar. Qardaşların 3-ü faciəli şəkildə dünyasını dəyişib. Kasıb ailənin bütün əzab-əziyyəti Həsənin üzərinə düşür. Yeddiillik məktəbi bitirəndən sonra Pedoqoji texnikuma daxil olur. Ondan sonra ibtidai məktəbdə dərs deməklə ailəsinə yardımçı olmağa çalışır. Qeyd edək ki, Həsən Abdullayevin dərs dediyi ilk ildə - 1941-ci ildə müharibə təzə başlamışdı. Akademikin qızı Sevda Abdullayeva xatirələrində atası ilə bağlı olan bu məqama hər zaman təəccüblə yanaşıb: “Qardaşım Aydın həmişə söhbət zamanı deyirdi ki, mən atama məəttələm. Necə oldu ki, kənd mühitində, kasıb bir ailədə böyüyən bir uşaq sonradan Bakı mühitinə gəldi və yüksək mərtəbələrə qalxa bildi”.

Həsən Abdullayevin  elm və akademiya tarixində gördüyü işlər barəsində az sonra məlumat veriləcək. Hələlik onu qeyd edək ki, akademikin hər üç övladı hazırda elmlər doktorudur. Oğlu Aydın Abdullayev və qızı Sevda Abdullayeva fizika-riyaziyyat, kiçik qızları isə şərqşünaslıq üzrə elmlər doktorudur. Buna səbəb isə Həsən Abdullayevin akademiyadakı elmi mühiti evdə də davam etdirməsi olub. O, hər üç övladını akademiyadakı assisentlərindən ayırmayıb. Onlara da sərt elmi davranış qaydaları tətbiq edib. Hətta qida rasionlarında belə, xüsusi yeməklər – kök, çuğundur şirəsi və tərəvəz yeməkləri çox olub. Akademik övladlarının heç birinin dissertasiyalarında bilərəkdən iştirak etməyib. Böyük qızı Moskvada, oğlu Vilnüsdə, kiçik qızı isə Daşkənddə dissertasiya işini müdafiə edərkən o, heç bir övladının yanında olmayıb. Bu da akademikin sərt elmi tələbkarlığından irəli gəlirdi.



Həsən Abdullayevin İLKLƏRİ

- İlk dəfə olaraq Azərbaycanda klassik fizikaya zərbə vurur. Nəzəri fizikaya dünya fizikasının dinamikasını gətirir.

- Yarımkeçiricilər tədqiqini Azərbaycana ilk dəfə o gətirir. Azərbaycan elmində yarımkeçiricilər fizikasının məktəbini yaradır.

- İlk dəfə olaraq selen və tellurla bağlı tədqiqatlar aparır.

 - Azərbaycan alimlərinin beynəlxalq elmi jurnalalarda kütləvi dərcinin əsasını qoyur.

- Akademiyada fəlsəfə və fiziologiya institutlarını yaradır.

- SSRİ elmində ilk dəfə Ay cisminin insan orqanizmi ilə qarşılıqlı əlaqəsini tədqiq edir.

Akademiya və Həsən Abdullayev  

Həsən Abdullayev 13 il Azərbaycan Elmlər Akademiyasına rəhbərlik edib. Onun prezident olduğu 1970-1983-cü illər akademiyanın elmi istiqamətini müsbət mənada inkişaf etdirib. Belə ki, ondan əvvəlki prezidentlər daha çox ölkə və SSRİ miqyasında akademiyanın nüfuzunu artırmaq və onun iqtisadiyyata, dövlətə müsbət təsirini təmin etmək barəsində düşünürdülərsə, Həsən Abdullayev bir fizik kimi akademiyanı dünya, əsasən də Qərb aləminə çıxarmaq, oradakı tətbiq, tədqiq üsulunu burada tətbiq etmək, ən əsası ora ilə buranın elmi potensialını müqayisə etmək istəyirdi. Onu da qeyd edək ki, akademiyada xarici dillərdə beynəlxalq elmi jurnallarda məqalələrin dərci və onların sayının çoxaldılması Həsən Abdullayevin adı ilə bağlıdır. Şəxsi təşəbbüsü ilə fəlsəfə və fiziologiya bölmələrini ayrıca instituta çevirib. Bu gün də həmin elmi qurumlar institut kimi fəaliyyət göstərir. Fəlsəfə İnstitutuna hüquq bölümü də əlavə olunub. Kosmik tədqiqatlar, foto-elektronika institutu, mikrobiologiya və molekulyar biologiya bölmələri fəaliyyətə başlayıb.

Bundan əlavə, Həsən Abdullayevin başqa bir tərəfi də Azərbaycan alimlərini bacardığı qədər xaricdə keçirilən elmi konfranslara dəvət edilməsi, həmçinin əcnəbi alimlərin buradakı konfranslara cəlb edilməsi idi. Onun prezident olduğu 13 il ərzində AMEA-ya 700-ə yaxın əcnəbi alim gəlib.

Oğlu, fizika-riyaziyyat elmlər doktoru Aydın Abdullayev atasının akademiyada gördüyü ən müsbət iş kimi onun məktəb yaratmasını qeyd edir. Onun fikrincə, bir məktəbi yaratmaq alim fəaliyyətinin ən pik nöqtəsidir. Qeyd edək ki, Həsən Abdullayev Azərbaycan elmində yarımkeçiricilər fizikasının banisidir.



Nobel mükafatçısına öyrətdikləri

2000-ci ildə fizika üzrə Nobel mükafatı laureatı, yarımkeçiricilər fizikası üzrə mütəxəssis, Belarus alimi Jozef Alfyarov tələbə yoldaşı və eyni sahə üzrə araşdırmaçı həmkarı olan Həsən Abdullayev haqqında çox maraqlı xatirəni qeyd edib. Bir neçə il bundan öncə AMEA-ın təşkil etdiyi elmi konfransa qatılan Nobel mükafatçısı mərhum akademik haqqında bunları deyib:

“Məni Həsən Abdullayevlə çox böyük dostluq telləri birləşdirir. O, fizikanın, yarımkeçiricilərin inkişafında çox böyük işlər görüb. Onun Nasledovun laboratoriyasında necə işləməsi indi də yadımdadır. Biz institutun köhnə dəhlizlərində çox zaman bərabər gəzişərdik. O, dəhlizdə uzun-uzadı davam edən söhbətlərimiz zamanı fizika ilə bağlı çox orijinal fikirlər söyləyərdi. Bir dəfə növbəti gəzişmə zamanı yarımkeçirici cihaza çox gözəl izah verdi. Uzun müddətdən sonra bu istiqamətdə tədqiqlər başlananda o, getrokeçidin nə olduğunu zarafatyana aydınlaşdırdı. Dedi ki, bu keçidlər müxtəlif millətlərdən olub nikah bağlayan oğlanlar və qızlar kimidirlər. Onların çox yaxşı uşaqları olur. Onun bəzi fikirləri bizim üçün də orijinal idi”.  

Dünyanın Aya baxışını dəyişdirdi

Onun tədqiqatlarından sonra Aya tamamilə başqa gözlə baxıldı. Belə ki, Mendeleyev cədvəlinin 34-cü elementi olan və yunanca “ay” mənasını ifadə edən selen elementinin insan orqanizminə təsirini ilk dəfə tədqiq edən alimlərdən biri H.Abdullayev olub.

Həsən Abdullayevlə  bir zamanlar yaxın dost olan akademik Məhərrəm Məmmədyarov bu məqam haqqında maraqlı detalı diqqətə çatdırır:

“Bir neçə il bundan əvvəl “Komsomolskaya pravda” qəzetini mənə göndərdilər. Orada selen elementi haqqında bir məqalə var idi. Mendeleyev cədvəlinin 34-cü elementi selendir. Elm hələ indi bilir ki, selensiz insan orqanizmi mövcud ola bilməz. Çünki insan gözündə və qaraciyərində, o cümlədən başqa yerlərdə selen elementi var ki, o insanın həyatı üçün çox əhəmiyyətlidir.  Qəzetdə də vurğulanırdı ki, alimlər bu faktı indi desələr də,  SSRİ-nin gənc alimi Həsən Abdullayev o haqda çox əvvəllər yazmışdı”.

Doğurdan da Həsən Abdullayevin selenlə bağlı elmi araşdırmalarından sonra Aya tamam başqa gözlə baxıldı. Onların gözündə Ay, sadəcə olaraq səma cismi deyildi.  O, artıq insan sağlamlığının təbii mənbələrindən biri hesab edirdi.



Akif Əlizadənin “balta” səhvi

AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadə Həsən Abdullayevin alim kimi güclü intuisiya və biliyini göstərmək üçün maraqlı bir epizod danışır. Həmin epizod 1977-ci ilə – Abdullayevin prezident olduğu dönəmə təsadüf edir:

“Mən bir epizodu xatırlamaq istəyirəm. Burada həm Həsən müəllimin uzaqgörənliyi, həm də onun intuisiyası görünür.  1977-ci il ildə bizim geoloqlar yanıma gəlib dedilər ki, Akif müəllim çox böyük bir hadisə baş verib. Belə ki, Qafqaz dağlarında almaz yataqları tapmışıq. Təbii ki, bu çox təmtəraqlı səsləndi və mən də akademiyanın prezidenti Həsən müəllimə bu haqda məlumat verdim. Səbirlə dinlədi, sonra ehtiyatla mənə tərəf dönüb dedi ki, “bəlkə birdən o almazlar buruq qazma baltasından düşər?”.  Dedim ki, “Həsən müəllim bu ola bilməz. Çünki bir qrup rus və Azərbaycan alimləri özləri o kəşfə müsbət  rəyini veriblər. Rəydə bildirilir ki, o almazdır”. Amma o,  yenə də ehtiyat etdi. Dedi ki, “bu səhv olsa, akademiya üçün heç də yaxşı olmaz”. İş elə gətirdi ki, çox keçmədən geoloq qrupu mənimlə əlaqə saxlayıb dedi ki, əslində tapılan almaz yatağı deyilmiş.

Doğrudan da, baltadan düşən, sürtülmüş almazlar olublar. Mən o zaman Həsən müəllimin alim kimi dərrakəsinə təəccüb etdim. Peşəkar geoloq olmasa da, o bu səhvin qarşısını aldı”. 

Tarzən Ramiz Quliyev akademiki necə ağladıb...

Həsən Abdullayevin maraqlı tərəflərindən biri də musiqinin, xüsusən də muğamın, tarın vurğunu olması idi. Bəstəkar Fikrət Əmirovla çox yaxın dostluq münasibətləri var idi. Böyük bəstəkar ona tar da bağışlamışdı. Xalq artisti, professor Ramiz Quliyev akademikin tar sevgisi haqqında maraqlı bir hadisəni danışır:

“Moskvada yığıncaqların birində özü məni çağırıb dedi ki, bunlar üçün bir “Şur” ifa elə. Tarın vurğunu və bilicisi idi. Hətta mənim tarı necə kökləməyimə də diqqətlə baxırdı. “Şur” ifa edəndən sonra dedi ki, bir mahnı var, “Kimlər gəldi, kimlər getdi”, mənim o mahnıdan çox xoşum gəlir. Onu da ifa etdim. Bir də gördüm ki, Həsən müəllim, o boyda cüssəyə malik olan bir insan kövrəlib ağlayır”.

Bu həqiqətən də maraqlı bir epizoddur. Çünki ətrafın çox güclü bir adam bildiyi, hətta qışda da dənizdə çimən və eyvanda gecələyən nəhəng cüssəli Həsən Abdullayevi heç kim ağlayan görməmişdi.  

Lütfi Zadənin məktubu

2008-ci ildə dünya çaplı böyük alimlərdən biri Lütfi Zadə Həsən Abdullayevin qızı Sevda xanıma onun atası ilə bağlı bir məktub göndərir. Məktubun məzmununu təqdim edirik:

“Əzizim Sevda!
Sizin atanızın xatirəsinə öz töhfəmi vermək istərdim. 1965-ci ildə Bakıda səfərdə olduğumuz zaman atanızın dəvəti ilə sizin  evdə olmaq xoşbəxtliyi mənə də nəsib oldu. Sizin atanız məndə çox dərin təəsürat yaratmışdı. Elmin və alimlərin cəmiyyətdə tərifli yer tutduğu sovet erasının yetirməsi idi. O, çox hörmət qazanmıdşı. O, dahi alimlərdən də böyük alim idi. Özünü Azərbaycanın elm və mədəniyyətinə həsr edən böyük insan idi. Uzun müddətdir ki, aramızda yoxdur, amma onun irsi hər zaman yaşayacaq.
Sevgilərimlə Lütfi”.



Elmin NURİ


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Trampla Kim Çen İn fevralda yenidən görüşəcək
18.01.2019, 23:59

Trampla Kim Çen İn fevralda yenidən görüşəcək

Əllə oynayan futbolçulara yeni cəza
18.01.2019, 23:42

Əllə oynayan futbolçulara yeni cəza

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.01.2019, 23:31

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı   
18.01.2019, 23:07

Terrorçuluğa qarşı əməliyyatda 43 nəfər yaxalandı  

Qəzzada qarşıdurma: 30 yaralı
18.01.2019, 22:47

Qəzzada qarşıdurma: 30 yaralı

Bakıda itkin düşən uşaq tapıldı
18.01.2019, 22:30

Bakıda itkin düşən uşaq tapıldı

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı
18.01.2019, 22:16

“Qalatasaray” heyətinə yeni futbolçu qatdı

Fransada aksiyaların yeni mərhələsi başlayır
18.01.2019, 21:59

Fransada aksiyaların yeni mərhələsi başlayır

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
18.01.2019, 21:44

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Yaponiyada güclü zəlzələ
18.01.2019, 21:24

Yaponiyada güclü zəlzələ

“Oksigen” klinikasında yanğın
18.01.2019, 21:10

“Oksigen” klinikasında yanğın

Müdafiə nazirləri Brüsselə toplanır
18.01.2019, 20:56

Müdafiə nazirləri Brüsselə toplanır

Məhkumlardan 96 mobil telefon götürülüb
18.01.2019, 20:43

Məhkumlardan 96 mobil telefon götürülüb

“Gördün... Elmira Qafarova kişi qızıdır”
18.01.2019, 20:42

“Gördün... Elmira Qafarova kişi qızıdır”

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO
18.01.2019, 20:32

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü
18.01.2019, 20:27

ABŞ-ın bombaladığı şəhərdə 20 nəfər öldü

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı
18.01.2019, 20:18

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Xəstəxanada girov saxlanılan qadın azad edildi
18.01.2019, 20:02

Xəstəxanada girov saxlanılan qadın azad edildi

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib
18.01.2019, 20:00

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18.01.2019, 19:46

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

Robert Koçaryanın həbs müddəti uzadıldı
18.01.2019, 19:34

Robert Koçaryanın həbs müddəti uzadıldı

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir
18.01.2019, 19:25

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb
18.01.2019, 19:14

Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar qurbanları anılıb

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır
18.01.2019, 19:08

Sınaq imtahanlarına qeydiyyat sabah başa çatır

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
18.01.2019, 18:55

Zimbabvenin Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI
18.01.2019, 18:48

Bu nazirliyin qurumlarından 3-ü birləşdirilir - SİYAHI

Çaylarda suyun səviyyəsi artıb
18.01.2019, 18:36

Çaylarda suyun səviyyəsi artıb

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi
18.01.2019, 18:28

Bu nazirliyin tərkibindəki qurum ləğv edildi

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur
18.01.2019, 18:19

ÜST: Gürcüstanda “donuz qripi” adlı virus yoxdur

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi
18.01.2019, 18:11

Sərnişini xilas etmək üçün əlverişsiz havada uçuş həyata keçirildi

İstirahət günlərinin hava proqnozu açıqlandı
18.01.2019, 17:58

İstirahət günlərinin hava proqnozu açıqlandı

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi
18.01.2019, 17:44

Tatlı və Düz Qışlaqda növbəti hesabat yığıncağı keçirildi

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub
18.01.2019, 17:41

20 Yanvar şəhidlərinin müstəqillik arzuları bu gün çin olub

Mehriban Əliyeva fəxri medalla təltif edildi
18.01.2019, 17:38

Mehriban Əliyeva fəxri medalla təltif edildi

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI
18.01.2019, 17:21

Nazir 2018-ci ilin hesabatını verdi - Pensiyalardan DANIŞDI

Sabiq birinci katib vəfat edib   
18.01.2019, 17:14

Sabiq birinci katib vəfat edib  

Manatın üçgünlük MƏZƏNNƏSİ
18.01.2019, 17:12

Manatın üçgünlük MƏZƏNNƏSİ

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ
18.01.2019, 17:08

“... musiqi ilə həyat maraqlıdır” - ABŞ-da təhsil alan azərbaycanlı musiqiçi ilə MÜSAHİBƏ

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı   
18.01.2019, 16:59

Deputat həkimlərdən ƏDV tutulmasının əleyhinə çıxdı  

Metropoliten gücləndirilmiş iş rejiminə keçir
18.01.2019, 16:54

Metropoliten gücləndirilmiş iş rejiminə keçir

Azercell NNTV xidmətini təqdim edir
18.01.2019, 16:46

Azercell NNTV xidmətini təqdim edir

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?
18.01.2019, 16:42

Səhiyyə komitəsi parlamentin iclaslarına hansı sənədlərlə gedir?

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi
18.01.2019, 16:26

Rövşən Rzayev İmişlidə vətəndaşları qəbul etdi

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”
18.01.2019, 16:24

“İnsanlar növbə gözləyə-gözləyə həyatlarını itirirlər”

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”
18.01.2019, 16:22

Məlahət İbrahimqızı stomatoloqlara etiraz etdi: “Parlamentdə dinləmə keçirilsin”

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi
18.01.2019, 16:22

Qarabağın Azərbaycanlı İcması erməni seperataçılarına cavab verdi

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər
18.01.2019, 16:18

Avropa Birliyi Gürcüstandan narazıdır - Şengen vizası bərpa oluna bilər

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı
18.01.2019, 16:11

Deputat xəstəliklər, antibiotiklərlə bağlı həyəcan təbili çaldı

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi
18.01.2019, 16:07

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Yaqub Mahmudov: “Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin tarixi adının qaytarılmasına nail oldum”
18.01.2019, 16:02

Yaqub Mahmudov: “Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin tarixi adının qaytarılmasına nail oldum”

ARXİV