Modern.az

“Aprel şəhidi” olan polkovnik-leytenantın xatirə lövhəsi açıldı

“Aprel şəhidi” olan polkovnik-leytenantın xatirə lövhəsi açıldı

26 Yanvar 2017, 09:03

Milli ordumuzun qürur və fəxarət duyduğumuz “Aprel sınağı”nda “Bayrağım, haraya sancılmaq istəyirsən, söylə, səni oraya sancım!” düşüncəsi hər bir Azərbaycan insanı kimi yüksək rütbəli zabit Sənan Tahir oğlu Axundovun da qəlbinə hakim kəsilmişdi. O, Müdafiə Nazirliyində sektor müdüri  işindən doğulub boya-başa çatdığı Füzuli rayonu ərazisində xidmət etməyə üstünlük verdi. Və xidməti vəzifəsini icra edərkən xalqımızın qəhramanlıq simvolları – Koroğlunun, Babəkin, Həzinin, Mehdinin, İsrafilin, Əlifin, Mübarizin örnək olan döyüş yolunun davamçısına çevrildi. Ömrünü Vətənə bağışladı.

Ümidimdə doğuldun, gümanımda boy atdın,

Vətən, boyuna qurban, bu canımda can dedin.

Boyuna qurban olum, boyu vətən şəhidim,

Vətən boyda boyunu, vətənə qurban dedin.

 

Səngər-səngər boy atdın, havasından asıldın,

Yaşadın sevincini, həm yasından asıldın.

Sərhəddinə hörüldün, səmasından asıldın,

Sarıdın yaran elə, yarasını vətənin.

 

Bu dünyaya sığmayan sevincini, sevgini,

Ürəyində sevinci bitənə bağışladın.

Köynəyindən keçirdi vətən səni əbədi –

Sən əbədi ömrünü vətənə bağışladın.

(Gülayə Könül – Sənan Axundovun əziz xatirəsinə.)


Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin dəstəyi ilə şəhid Sənan Axundovun yaşadığı binaya onun xatirə lövhəsi vurulubu. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılav, Binəqədi Bələdiyyəsinin sədri Aytac Əliyeva, 2 saylı İƏD üzrə nümayəndə Ləman Əliyeva, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, MN-nın əməkdaşı polkovnik-leytenant Vüqar Abduləzimov, Prezdent təqaüdçüsü, şairə Gülayə Könül, AYB-nin Aran Bölməsinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru Sərvaz Hüseynoğlu çıxış ediblər. Şəhidin atası, təqaütdə olan hərbiçi Tahir Axundov tədbir iştrakçılarına və Azərbaycan Respublikasının Prezdenti, cənab İlham Əliyeva öz dərin minnətdarlığını bildirib.

 

Səxavət Tağlar,

AYB-nin Aran bölməsinin məsul katibi, yazıçı-publisist

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır