Modern.az

Prezidentin rayonlara səfərləri: “Nazirlər, icra başçıları nümunə götürməlidir”

Prezidentin rayonlara səfərləri: “Nazirlər, icra başçıları nümunə götürməlidir”

23 Avqust 2017, 14:03

“Prezidentin hər hansı bölgəyə səfər etməsi həmin şəhərin, rayonun inkişafında bir mərhələdir”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Azərbaycan prezidenti İlham Əliyevin rayonlara səfərlərini şərh edərkən deyib.

 

Deputat bildirib ki, dünyanın elə bir ölkə başçısı yoxdur ki, prezident İlham Əliyev qədər bölgələrə səfərlər etsin, əhalinin problemi ilə maraqlansın və həmin problemləri dərhal aradan qaldırmaq istiqamətində yerindəcə tapşırıqlar versin.

 

“Dövlət başçısı hər rayonda bir neçə dəfə olub. Prezident İlham Əliyev yerlərə səfər edən zaman yalnız təməlqoyma, açılış mərasimlərində iştirak etmir, həmin bölgənin sakinləri ilə də görüşlər keçirir. Onların təkliflərini dinləyir, söhbətlər edir. Söhbətlərdə əldə olunan nəticələrlə bərabər nöqsanlar barədə də prezidentə məlumat verilir.

 

Həmin nöqsanların, problemlərin aradan qaldırılması üçün prezident İlham Əliyev səfərdən qayıtdıqdan sonra mühüm sərəncamlar verir, əlavə vəsaitlər ayırır və müvafiq orqanlar qarşısında göstərişlər qoyulur. Sözsüz ki, bu da regionların inkişafı üçün çox böyük hadisədir. Digər tərəfdən bu təmas xalqla prezidenti bir-birinə yaxınlaşıdır və doğmalaşdırır.

 

Bu, ulu öndər Heydər Əliyevin də praktikasında mühüm bir amil idi. Ulu öndər də sağlığında dəfələrlə yerlərə səfərlər edərdi və orada yaşayan insanların problemləri ilə maraqlanardı . Bu da son nəticədə ölkənin inkişafına xidmət edir.  Həmin praktikanı prezident İlham Əliyev daima uğurla həyata keçirir.  Əldə olunan nəticələr də bunu bir daha sübut edir”.

 

“Prezident İlham Əliyev bölgələrə tez-tez səfər edir, problemlərlə maraqlanır. Buna baxmayaraq, hələ də bəzi yerli icra hakimiyyəti orqanlarından şikayətlər də var. Bəzi icra hakimiyyəti başçıları nöqsanlara yol verirlər. Bu barədə siz nə deyə bilərsiniz?” sualına isə Tahir Rzayev belə cavab verib:

 

“İş olan yerdə, nöqsan da problem də olmalıdır. Eyni tapşırıları hamı eyni səviyyədə yerinə yetirə bilməz. Çünki insanların ağlı, savadı və insanlarla münasibəti eyni deyil. Elə icra başçıları var ki, işlərində xeyli nöqsanlar var. Bu bizim işimizə ziyan gətirir. Mən istəyərdim ki, elə icra başçıları prezident İlham Əliyevdən nümunə götürsünlər. Elə icra başçıları var ki, yerli vətəndaşlarla görüşmür, onların heç bir problemləri ilə maraqlanmır. Bəzi icra başçılarımız da var ki, prezident İlham Əliyev bütün göstərişlərinə lazımınca əməl edir. Vətəndaşlarla görüşür, onların heç bir problemləri ilə maraqlanır.

 

Mən istəyərdim ki, cənab prezident kimi nazirlər , məmurlar, müvafiq orqanların rəhbərləri  tez-tez yerlərdə olsunlar, vətandaşların problemləri ilə maraqlansınlar. Çünki yerlərdə olan problemlər daha tez görünür və onu aradan qaldırmaq daha da asanlaşır. İstəyərdim ki, hər həs cənab prezidentdən nümunə götürsün və işini onun tapşırıqları əsasında qursun”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir