Modern.az

Deputat Hesablama Palatasını cəsarətli olmağa ÇAĞIRDI  

Deputat Hesablama Palatasını cəsarətli olmağa ÇAĞIRDI   

Aktual

15 Dekabr 2017, 14:11

“Hesablama Palatası büdcədən 100 milyonlarla manat xərcləyən qurumların fəaliyyətini yoxlamaqdansa, cüzi maliyyəsi olan bələdiyyələrin işini yoxlayır. Hələ indiyədək Palatanın Müdafiə Nazirliyinin fəaliyyətini yoxladığını müşahidə etməmişik”.

Modern.az xəbər verir ki, bu barədə Qüdrət Həsənquliyev Milli Məclisdə “Hesablama Palatası haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, Hesablama Palatası son on ildə bələdiyyələri yoxlamayıb. Palata sədri qeyd edib ki, iclasda bir sıra deputatların səsləndirdiyi tövsiyələr nəzərdən keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!