16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - TƏHSİL - Tələbə şikayətləri - “Azərbaycanda magistr təhsili almaq mənasızdır” - SƏBƏB  
Tələbə şikayətləri - “Azərbaycanda magistr təhsili almaq mənasızdır” - SƏBƏB  
25.12.2018, 08:27

Magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Bəzən belə ifadələr səsləndirirlər: “Azərbaycanda magistraturanı oxumaq mənasızdır”.

Son zamanlar isə belə düşünən tələbələrin sayı kifayət qədər çoxdur. Hətta belə qənaətə gəlmək olar ki, ölkəmizdə magistr təhsili alan tələbələrin bir çoxu xaricə getmək imkanı olmadığından, ikinci diplomu almaq xətrinə, zamanını boş dəyərləndirməmək məqsədilə magistraturaya baş vurur.

Tələbələrin magistr təhsilindən şikayətlənməsinin başlıca səbəbi isə bakalavr pilləsində keçirilən fənlərin yenidən magistraturada tədris olunmasıdır. Psixologiya, Pedaqogika, Fəlsəfə, Xarici dil kimi fənlər “əlavə fənn” adı ilə magistraturada yenidən siyahıya salınır. Üstəlik əksər hallarda, eyni mövzular, eyni ədəbiyyat siyahısı, eyni nəzəri biliklər tələbələrə ötürülür.

Bəs Azərbaycanda magistratura təhsilinin hələ də dünya standartlarına uyğunlaşdırılmamasının səbəbi nədir? Bu problemi necə aradan qaldıra bilərik?

Qeyd etdiyimiz suallar ətrafında fikirlərini Modern.az-la bölüşən tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov xatırladıb ki, Azərbaycan ali təhsil müəssisələrində ixtisaslaşmanı Nazirlər Kabineti həll edir:

“Təhsil Nazirliyi ixtisaslaşmalarla bağlı müraciət etməlidir ki, ixtisaslar üzrə peşəkar kadr yetişdirmək üçün hansı fənlər tədris olunsun... Magistratura fənlərinin azalması universitetləri əlavə maliyyə yükündən də azad edir. Bakalavr pilləsində tədris olunan fənlərin magistraturada yenidən keçirilməsi universiteti əlavə xərclərə salır. Burada dövlət ali təhsil müəsissələri nəzərdə tutulur.

Özəl ali məktəblərdə isə vəziyyət bir qədər fərqlidir. Hər hansı ixtisas üzrə özəl universitetlərdə əlavə fənlər tədris olunmur. Dövlət universitetləri büdcədən daxil olan vəsaiti xərcləmək və müəllimlərə əlavə dərs saatı ayırmaq üçün belə addım atırlar. Ona görə, magistraturada tədris olunan fənlərin 60-70 faizi bakalavr pilləsinin  təkrarı və əlavə fənlərdir”.


Kamran Əsədov hesab edir ki, dünya təcrübəsindən istifadə etmək lazımdır:

“Biz Boloniya sisteminə qoşulmuşuq. Ona görə, kreditlərin sayı və həcmi ixtisasa uyğun gələn fənlər üzərində olmalıdır. Əlavə fənlərin təkrar tədris edilməsi, üstəlik ixtisas fənni səviyyəsində kredit hesablanması yolverilməzdir. Belə vəziyyət xarici ölkələrə doktorluq təhsili üçün müraciət edən məzunlara da problem yaradır.

Məzunlarımız magistraturada o qədər əlavə fənlərlə məşğul olurlar ki, peşəkarlaşma aşağı səviyyədə olur və məcburən ixtisaslaşmanı doktoranturada davam etdirirlər. Dünyada magistratura elmi səviyyə kimi qəbul edilsə də, Azərbaycanda hələ də bu səviyyəyə çatmayıb. Magistraturada tədris olunan fənlərin sayı azaldılmalıdır. Müvafiq ixtisasa uyğun fənlər tədris olunmalııdır ki, yetişdirdiyimiz kadrlar əmək bazarının tələblərinə cavab versin”.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin leymanov da magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sisteminə tətbiq edilməsinin vaxtı çatdığını bildirib. Onun sözlərinə görə, magistratura pilləsinin tədris planı elə olmalıdır ki, tələbənin tədqiqatçı kimi yetişməsinə kömək olsun:

“Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqat yönümlü fənlərdir. Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və s. magistrantlara tədris edilir. Məsələn, iqtisadiyyat sahəsini götürsək, bakalavr pilləsində iqtisadiyyatın əsasları, giriş hissəsi, magistraturada isə onun tətbiqi öyrədilir.

Bizdə bir problem də var ki, bəzən tətbiqi fənləri proqrama salırlar, amma bunu tədris edəcək müəllim tapılmır. Ona görə, bakalavr pilləsində keçirilən materiallar sadəcə adı dəyişdirilmiş formada magistranta çatdırılır. Belə hallar tələbələrimizi magistr təhsilindən daha da soyudur.

Bakalavriatda tələbə sayı çox olur. Magistraturada isə tələbələrin sayı azdır. Buna uyğun olaraq, dərslər də müqayisəli keçilməlidir. Qrup işləri, təqdimatlar hazırlanmalıdır. Həm dərs keçmək metodu, həm də fənlərin konteksti dəyişməlidir”.

Prorektor onu da qeyd edib ki, bir neçə il əvvəl Təhsil Nazirliyi ali məktəblərə magistraturanın müasir planını hazırlamağı tapşırıb. Bakı Dövlət Universiteti (BDU), İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texnologiya Universitetinin (AzTU) müvafiq sahələr üzrə hazırladığı magistr planından yalnız UNEC-in planı qəbul olunub:


“Nəticədə, 2017-ci ildən bütün ali məktəblərdə iqtisadiyyat üzrə magistratura təhsili yeni qaydalarla həyata keçirilir. İki semestr dərsə sərf olunur, ondan sonrakı bir il isə magistrantın tədqiqatı mənimsəməsinə, təcrübəyə ayrılır. Bununla əlavə fənlər magistratura planından qaldırıldı. Fənlərin sayı azaldığı üçün bir illik planda magistr tələbəsinə cəmi 10 fənn öyrədilir.

Bildiyim qədərilə, gələcək illərdə digər sahələr üzrə də müasir plan hazırlanır və tətbiq ediləcək”.


Aysel Aslan
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
ELNUR
31.12.2018, 19:35

Magistratura yalniz ali təhsilin son pilləsi ola bilər.Magistratura elmi dərəcə deyil.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

Ağacları qanunsuz kəsənlər saxlanıldı   
16.01.2019, 10:53

Ağacları qanunsuz kəsənlər saxlanıldı  

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib
16.01.2019, 10:46

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlib

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı
16.01.2019, 10:31

Dövlət qulluğuna qəbul üçün keçirilmiş müsahibələrin nəticələri açıqlandı

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA
16.01.2019, 10:23

Məhkəmə və İcra idarələri ilə əlbir olan ŞƏBƏKƏ sürücülərə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı
16.01.2019, 10:18

Kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanıldı

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib
16.01.2019, 10:12

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirilib

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu   
16.01.2019, 10:11

Aqrar Xidmətlər Agentliyinə sədr təyinatı oldu  

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu
16.01.2019, 10:02

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu

Ermənistan atəşkəsi 26 dəfə pozdu    
16.01.2019, 09:58

Ermənistan atəşkəsi 26 dəfə pozdu  

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək
16.01.2019, 09:35

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR   
16.01.2019, 09:25

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək
16.01.2019, 09:20

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ   
16.01.2019, 08:16

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ  

Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16.01.2019, 08:09

Manat və dollar bu gün hansı məzənnədə olacaq?

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı
16.01.2019, 00:59

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi
16.01.2019, 00:20

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi
16.01.2019, 00:11

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.01.2019, 23:51

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
15.01.2019, 23:41

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR

“Boko Haram”  daha bir şəhəri ələ keçirdi
15.01.2019, 23:18

“Boko Haram” daha bir şəhəri ələ keçirdi

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək
15.01.2019, 23:06

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO
15.01.2019, 22:50

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı
15.01.2019, 22:32

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır
15.01.2019, 22:14

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb
15.01.2019, 22:00

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

Paşinyan gözlənilmədən Gürcüstana gəldi
15.01.2019, 21:39

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Gələn aydan sayğaclara baxış keçiriləcək
15.01.2019, 21:22

Gələn aydan sayğaclara baxış keçiriləcək

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi
15.01.2019, 21:06

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi   
15.01.2019, 20:52

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi  

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə
15.01.2019, 20:46

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

Bakıda külək ağacı maşının üzərinə aşırdı
15.01.2019, 20:30

Bakıda külək ağacı maşının üzərinə aşırdı

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15.01.2019, 20:19

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı
15.01.2019, 20:01

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı

37,1 milyard manatlıq məhsul satılıb...
15.01.2019, 19:37

37,1 milyard manatlıq məhsul satılıb...

Sabah Xətai qazsız qalacaq
15.01.2019, 19:31

Sabah Xətai qazsız qalacaq

Şamaxıda yol qəzası - ölən var
15.01.2019, 19:12

Şamaxıda yol qəzası - ölən var

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı
15.01.2019, 18:55

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı

Novruz Məmmədov tapşırıqlar verdi
15.01.2019, 18:42

Novruz Məmmədov tapşırıqlar verdi

“ASAN”da konsulluq xidmətləri göstəriləcək
15.01.2019, 18:25

“ASAN”da konsulluq xidmətləri göstəriləcək

Prezident səfiri geri çağırdı
15.01.2019, 18:15

Prezident səfiri geri çağırdı

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər
15.01.2019, 18:10

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı
15.01.2019, 18:00

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI
15.01.2019, 18:00

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI

“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ   
15.01.2019, 17:46

“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ  

ARXİV