Modern.az

Umud Mirzəyev beynəlxalq təşkilatda idarə heyətinə üzv seçilib

Umud Mirzəyev beynəlxalq təşkilatda idarə heyətinə üzv seçilib

28 İyun 2012, 21:00

Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) 25 iyun 2012-ci ildə keçirilən Baş Assambleyası qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyevin BMİ idarə heyətinə üzv seçilməsi prosesinin şahidi olub. Seçkidə BMİ-nin dünyanın müxtəlif ölkələrindən üzvləri  (ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Norveç, Nigeriya, Kenya, Zambiya, Türkiyə, Azərbaycan, Rusiya, Yaponiya, Cənubi Afrika v s.), jurnalistlər iştirak ediblər.  Seçkilər  zamanı U.Mirzəyev idarə heyətinə üzvlüyə qoşulub. U.Mirzəyevdən başqa daha 5 nəfər BMİ üzvü ikinci dövr üçün BMİ idarə heyətinə namizədliklərini  irəli sürmüşdülər. Belə ki, Avstraliyadan “Der Standard” qəzetinin baş redaktoru, Aleksandra Foderl-Şmid, Serbiyadan “Danas” qəzetinin aparıcı redaktoru cənab Radomor Licina, Slovakiyadan SITA-Slovak News Agentliyinin yaradıcısı və keçmiş baş meneceri Pavol Mudrı, Rusiyadan Tədqiqatçı Jurnalistika Fondunun sədri Qalina Sidirova,  Türkiyədən “Hürriyyət” qəzetinin keçmiş xarici xəbərlər bölməsinin rəhbəri və köşə yazarı  Fərai Tincin namizədliyi müzakirə olunub.

Bütün 6 namizəd Baş Assambleyada seçiliblər.  U. Mirzəyev tələb olunan mümkün səslərdən ən çoxunu (58) toplayıb. Nəticədə o, BMİ idarə heyətinin 28-ci rəsmi üzvü seçilib. 

Umud Mirzəyev 1988-ci ildə “Ədəbiyyat və İncəsənət” qəzetində işləyib və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 1988-1993-cü illərdə qəzetin məktublar, elm və publisistika şöbəsinin müdiri  olub. 1992-ci ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) yaradıb. Onun rəhbərliyi altında BAMF BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT  bölməsinin xüsusi məşvərətçi statuslu üzvü, habelə Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE),  ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Beynəlxalq Sülh Bürosunun (BSB) üzvü seçilib. U.Mirzəyev Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyəti sədrinin müavinidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir