Modern.az

43 cinayətin üstü açıldı, 27 nəfər TUTULDU

43 cinayətin üstü açıldı, 27 nəfər TUTULDU

Aktual

9 Avqust 2022, 10:40

Ötən gün ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…