Modern.az

TƏBİB zəhərlənən uşaqlarla bağlı məlumat yaydı

TƏBİB zəhərlənən uşaqlarla bağlı məlumat yaydı

Aktual

11 Avqust 2022, 14:51

Göygöl Rayon Mərkəzi Xəstəxanasına dünən saat 16 radələrində zəhərlənmə şübhəsi ilə 4 yeniyetmə ağır vəziyyətdə gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Qeyd olunub ki, 2010, 2011, 2013, 2014-cü il təvəllüdlü olan yeniyetmələr təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

 

"Reanimasyon tədbirlər görülərək yeniyetmələrin həyati funksiyaları bərpa olunub. Daha sonra yeniyetmələr həkim-reanimatoloqun müşayiətilə təcili tibbi yardım reanomobili vasitəsilə Bakıya təxliyyə ediliblər. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən yeniyetmələrin hazırda həyati təhlükələri yoxdur, vəziyyətləri stabildir. Onların həkim nəzarəti altında müalicələrinə davam edilir", - məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi