Modern.az

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Putin bütün Avropaya qarşı müharibə aparır və qalib gəlməyəcək

Dünya

Bu gün, 15:50

Almaniya kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinin apardığı müharibənin bütün Avropaya qarşı yönəldiyini bildirib.

Modern.az xəbər verir ki, kansler Ukraynada sülhün bərqərar olması üçün səylərin davam edəcəyini vurğulayıb.

“Bir daha açıq şəkildə bildirirəm ki, Rusiya bu müharibədə qalib gəlməyəcək. Çünki biz Ukrayna xalqı üçün sülhün bərqərar olması naminə səylərimizi dayandırmayacağıq. Bununla bütün Avropada sülhü və azadlığı qoruyuruq. Putinin müharibəsi Avropaya, bizim dəyərlərimizə, azadlığa, sülhə və demokratik birgəyaşayışa əsaslanan həyat tərzimizə qarşı yönəlib”, – Merts deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyada azərbaycanlılara qarşı əməliyyat! Nə baş verir?