Modern.az

Niderland Qran-prisinin qalibi məlum oldu

Niderland Qran-prisinin qalibi məlum oldu

Aktual

4 Sentyabr 2022, 19:09

Niderland Qran-prisinin qalibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, "Formula 1" üzrə dünya çempionatının 15-ci mərhələsinin qalibi "Red Bull" komandasının pilotu, niderlandlı Maks Ferstappen olub.

 

Bu, Maks Ferstappenin ardıcıl dördüncü, mövsüm ərzində isə 10-cu qələbəsi olub.

 

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel finişə ikinci çatıb. Üçüncü yeri Monako Knyazlığının vətəndaşı, "Ferrari" komandasından Çarlz Lekler tutub.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi