Modern.az

Putini patriarx Kirillin atasının vəftiz edib

Putini patriarx Kirillin atasının vəftiz edib

Dünya

Bu gün, 17:54

Rusiya Prezidenti Vladimir Putin uşaqlıqda onu Moskva və bütün Rusiyanın patriarxı Kirillin atasının vəftiz etmiş ola biləcəyini bildirib.

Modern.az xəbər verir ki, Putin bu barədə Rusiyanın Birinci Kanalı üçün hazırlanan filmə rejissor Emir Kusturitsaya verdiyi müsahibədə danışıb.

Putinin sözlərinə görə, bir dəfə patriarxdan keşiş olan atasının harada xidmət etdiyini soruşub. Söhbət zamanı məlum olub ki, Mixail adlı keşiş 1950-ci illərdə indiki Sankt-Peterburqun Preobrajenski katedralında xidmət edib.

“Bilirsiniz nə var? Deyəsən, məni sizin atanız vəftiz edib”, – Putin patriarxa dediyi sözləri xatırladıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?