Modern.az

Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi

Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi

Aktual

13 Sentyabr 2022, 15:52

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

 

Modern.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmrilə bu vəzifəyə Hikmət Nağıyev təyin edilib.

 

Qeyd edək ki, H. Nağıyev 2001-ci ildən bugünədək Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi işləyib. Son 6 ildə xəstəxananın ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib, tibb elmləri üzrə fəlsəfə doktorudur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi