Modern.az

Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərildi

Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərildi

Aktual

22 Sentyabr 2022, 18:27

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

 

 

Onun sözlərinə görə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib.

 

“Bura Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almaq səyləri daxildir. Sübutlar göstərir ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn Laçına 1300 mina yerləşdirib. Bu məcburi köçkünlərin təhlükəsiz geri qayıdışının qarşısını alır”, - nazir müavini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?