Modern.az

III Çarlzın tacsız sikkələri buraxıldı

III Çarlzın tacsız sikkələri buraxıldı

2 Oktyabr 2022, 18:10

Kraliça II Elizabetin ölümündən sonra taxta çıxan III Çarlzın portreti olan ilk sikkələr hazırlanıb.

 

Modern.az xəbər verir ki, yeni kralın portretinin əks olunduğu sikkələrin bir neçə həftə ərzində dövriyyəyə buraxılması gözlənilir.

 

Britaniyalı heykəltəraş Martin Cenninqsin çəkdiyi portretə əsasən ilk 50 penslik sikkələr zərb edilib. Sikkələrdə kraliçadan fərqli olaraq Çarlz İngiltərənin digər kralları kimi tacsız təsvir olunub.

 

Kraliça II Elizabetin portreti olan sikkələr dövriyyədən çıxarılmayacaq, bundan sonra da istifadə ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi