Modern.az

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırdı

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırdı

Aktual

6 Oktyabr 2022, 20:28

FIFA milli komandamızın üzvü Mahir Emrelini cəzalandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Emrelinin sabiq klubu olan Polşa "Legiya"sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski özünün rəsmi tviter səhifəsində paylaşım edib.

 

Məlumata görə, forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.

 

Həmçinin FİFA Futbol Tribunalı Emrelinin "Legiya"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək