Modern.az

Ermənistan ikinci “Ukrayna” yox, ikinci “Yuqoslaviya”dır

Aktual

22 Oktyabr 2022, 21:08

Mahir Qabiloğlu

“Qurbanlıq keçi”. Bilmirəm ermənilər bu məsəlimizi də özəlləşdiriblər, ya yox? Yəqin ki, qarşılığı olar. Birdən özəlləşdirsələr, halal xoşları olsun, bizdən uzaq olsun. Axır ki, İranı özünə düşmən sayan ölkələr ora hərbi müdaxilə etmək üçün bir cığır tapdılar. Sanki 102 il bundan qabaq bu günü gördüklərinə görə Azərbaycan torpağı olan Zəngəzuru 4 yaşlı Ermənistana əlborcu veriblərmiş. Borcu qaytarmaq vaxtı yetişdi. Hamı bilir ki, o torpaqlar Azərbaycanındır. Nəinki oralar  – bütün Ermənistan Azərbaycan torpağıdır. Sual çıxır: elədirsə, bu torpaqları sağ-salamat qaytarmaq olmaz. Qarabağı necə lüt-üryan qaytardıqsa, Ermənistan da elə vəziyyətə düşməlidir. Necə? Ermənistandan İrana qarşı istifadə etməliyik.


Ay Mahir, bəsdir də... Bu siyasətdir e... Özü də böyük siyasət. Hamı deyir ki, qərb, ABŞ o ərazilərdə ikinci Ukrayna yaratmaq istəyir, sən isə çoxdan tarixə qovuşmuş Yuqoslaviyanı xatırlayırsan. Özü də ki, 255 min 950 kvadrat kilometr ərazisi olan Yuqoslaviya dövləti hara, heç ərazisi 30 min kvadrat kilometr olmayan Ermənistan hara? Bunun nəyi var ki, nəyə də bölünə? Bir dənə balaca dəhliz tələb edirik, şivəni aləmi bürüyüb. Başçıları ABŞ, Avropa yolunu su yoluna döndəriblər. Fransa boyda dövlət öz problemlərini qırağa qoyub, onlarla məşğuldur. Bəs ərazisi 1 milyon 648 min 195 min kvadrat metr olan İranı niyə demirsiniz?  



Kişinin ürəyinə yol mədədən keçir. Bu misalı ilk dəfə müğənni İlhamə Quliyevadan eşitmişəm. Hərbi dildə uyğunlaşdırsaq, plazdarm mədə deməkdir. Axır ki, istəyənlər mədə-plazdarmı tapdılar. İran isə “Mədə”nin buraxdığı şirəyə hərbi təlimlərlə, baş konsulluq açmaqla cavab verib aldandı. Ermənistanın isə itirməyə heç nəyi yoxdur. Yuqoslaviya kimi qurama dövlətdir. Belə olmasaydı Baş nazir Paşinyan yüksək kürsülərdə – 29743 kvadrat ərazimi qorumaq istəyirəm deməzdi. Deyirsə, deməli təhlükə var.


Təhlükənin ikinci tərəfi isə İrandır. Ərazisi böyük, əhalisi çox. Tərkibində yaşayan xalqlar isə çox. Qərb burda bir gülləylə iki dovşan vurmaq niyyətindədir. Daha doğrusu, niyyət artıq reallığa çevrilir. Ermənistan plazdarmdır. ODKB oralara girəndən sonra hər şey aydın olacaq. Allah qüvvət versin.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır