Modern.az

Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etməklə HƏDƏLƏDİ

Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etməklə HƏDƏLƏDİ

Dünya

Bu gün, 00:14

ABŞ Prezidenti Donald Tramp İrana qarşı qələbədən sonra dünyanın əsas dəniz marşrutlarından biri olan Hörmüz boğazını ABŞ ərazisi elan edə biləcəklərini bildirib.

Modern.az xəbər verir ki, bu barədə "14-cü kanal" məlumat yayıb.

Trampın sözlərinə görə, Vaşinqton hazırda bölgədə gəmiçiliyə faktiki nəzarət edir və blokada rejimini saxlayır. O vurğulayıb ki, ABŞ-ın razılığı olmadan heç bir gəmi bu su dəhlizindən keçə bilməyəcək.

Qeyd edilib ki, ABŞ lideri Hörmüz boğazının ABŞ yurisdiksiyasına keçirilməsi ilə bağlı açıqlamasını gülümsəyərək verib. Bu səbəbdən onun sözlərinin real siyasi planı, yoxsa Tehranı hədəf alan ritorik açıqlama olduğu hələlik aydın deyil.

 

Sizə yeni x var
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama