Modern.az

Kanalda batan 19 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB

Kanalda batan 19 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB

Hadisə

16 Avqust 2026, 14:06

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İkinci Aşıqlı kəndində Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, məlumatla əlaqədar Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, kanalda batan şəxs 19 yaşlı Rəvanə Rəşad qızı Hüseynlidir.

 

*11:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?