Modern.az

Hörmüzdə neft sızmasının vurduğu zərər trilyonlarla dollar qiymətləndirilir - VİDEO

Hörmüzdə neft sızmasının vurduğu zərər trilyonlarla dollar qiymətləndirilir - VİDEO

Dünya

15 Avqust 2026, 23:35

Kişm adası sahillərində neft çirklənməsinin ilkin məlumatlara görə, xarici quru yük gəmisinin günahı ucbatından baş verdiyi ehtimal olunur. Çirklənmə sahilin üç hissəsində və dənizin səthində qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai "X" hesabında paylaşım edib.

Bəqai yazıb ki, bu hadisə son onilliklər ərzində Fars körfəzi və Oman körfəzinin sularına, eləcə də regionun dəniz ekosisteminə vurulan genişmiqyaslı, həm aşkar, həm də gizli çirklənmənin nümunələrindən biridir. Onun sözlərinə görə, bunun İranın sahilyanı ərazilərinə vurduğu zərərin məbləği trilyonlarla dollar təşkil edir.

İran rəsmisi Hörmüz boğazının gələcək idarə olunmasında ekoloji təhlükəsizliyin nəzərə alınmasına çağırıb. O bildirib ki, boğazdan keçən gəmiçilikdən faydalanan bütün ölkələr və şirkətlər Fars körfəzi və Oman dənizinə dəyən ekoloji zərərin aradan qaldırılmasına görə hüquqi və mənəvi məsuliyyət daşıyırlar.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama