Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında Azərbaycan millisinin iki boksçusu 1/4 finala yüksəlib.
Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, Əli Əliyev (50 kq) və Banuçiçək Nəsirli (48 kq) bu mərhələyə vəsiqə qazanıblar. Ə.Əliyev ikinci döyüşündə slovakiyalı Adrian Zameçiki 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
O, avqustun 18-də keçiriləcək 1/4 final matçında irlandiyalı Kristian Jubani ilə qarşılaşacaq.
B.Nəsirli isə ilk görüşündə yunanıstanlı Angeliki Petroula Sduqaya üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, avqustun 17-də 1/4 final çərçivəsində polşalı Katarjina Qornisieviçlə mübarizə aparacaq.