Modern.az

Rəsmi Moskva ABŞ və Türkiyədən izahat TƏLƏB ETDİ

Rəsmi Moskva ABŞ və Türkiyədən izahat TƏLƏB ETDİ

Dünya

15 Avqust 2026, 23:13

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ və Türkiyədən Ukraynaya Türkiyədəki ehtiyatlardan Amerika silahlarının tədarükü planları ilə bağlı izahat tələb edib.

Modern.az xəbər verir ki, bununla bağlı məlumatı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yayıb.

Zaxarovanın sözlərinə görə, Kiyevə yeni silah tədarükü hərbi əməliyyatların gedişinə təsir göstərməyəcək, lakin Rusiya ilə ABŞ və Türkiyə arasındakı münasibətlərə “ciddi zərər” vuracaq.

Qeyd edək ki, Ukraynanın Türkiyədə yerləşən ABŞ silahlarını əldə edə biləcəyi barədə məlumat ötən günlərdə ABŞ Konqresinin sənədlərində üzə çıxıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama