İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində azı 51 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkə hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlardan sonra torpaq sürüşmələri baş verib və yollar bağlanıb. Təbii fəlakət səbəbindən təxminən 5 min nəfər təxliyə olunub.
İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyinin məlumatına görə, 1300-dən çox evə ziyan dəyib. Elektrik enerjisinin kəsilməsi səbəbindən 20 yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.