Modern.az

Bomba partladıldı, 4 hərbçi öldü

Bomba partladıldı, 4 hərbçi öldü

Aktual

27 Noyabr 2022, 14:59

Burkina-Fasoda kustar üsulla hazırlanmış bombanın yolda partlaması nəticəsində azı 4 hərbçi həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Burkina-Fasonun Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Hadisə zamanı daha bir əsgər yaralanıb, onun vəziyyəti ağır qiymətləndirilir.

 

Ordunun Baş Qərargahı hələlik baş vermiş bombalı hücumun hansı terror qruplaşması tərəfindən törədildiyini açıqlamayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək