Modern.az

Ərdoğan Türkiyənin yeni Prezidenti kimi AND İÇDİ

Ərdoğan Türkiyənin yeni Prezidenti kimi AND İÇDİ

3 İyun 2023, 16:07

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib.

 

Ərdoğanı parlamentin müvəqqəti spikeri MHP sədri Dövlət Bağçalı qarşılayıb. O, parlamentin kürsüsündə and içib və daha sonra Türkiyə himni səsləndirilib.

 

Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

 

****

16:00

Mayın 28-də keçirilən seçkilər zamanı yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Bildirilir ki, Türkiyə parlamentində keçirilən mərasim zamanı spikerin səlahiyyətlərini icra edən MHP lideri Dövlət Bağçalı prezident mandatını Ərdoğana təqdim edəcək. Daha sonra Türkiyə lideri and içəcək.

 

Mərasimdən sonra Ərdoğan Anıtkabiri ziyarət edəcək. Mərasimdə çoxlu sayda ölkənin lideri, naziri və digər təmsilçiləri iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir