Modern.az

Vaxt gələcək, azərbaycanlılar da Ermənistanda yaşayacaq - Simonyan

Vaxt gələcək, azərbaycanlılar da Ermənistanda yaşayacaq - Simonyan

28 Noyabr 2023, 15:52

"Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar bir-birinin yanında yaşamalı olacaqlar".

Modern.az xəbər verir ki, bu barədə noyabrın 28-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

“Biz buna ümid edirik və bunun üçün hər şeyi edəcəyik. Ermənilər və azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisindəki evlərinə qayıdacaqlar, həmçinin, bir müddət sonra azərbaycanlılar gəlib burada məskunlaşacaqlar”, - deyə Simonyan bildirib.


Sülh müqaviləsində belə bir bəndin olub-olmaması ilə bağlı suala Simonyan belə bir bəndin fərqinə varmadığını bildirib.

“Sülh müqaviləsi bütünlüklə beynəlxalq prinsiplərə - ərazi bütövlüyünə, kommunikasiyaların açılmasına və s.-yə əsaslanır”, - deyə spiker vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri