Modern.az

Azərbaycanın ilk dövlət katibinin qızı İlham Əliyevə səs verəcək

Azərbaycanın ilk dövlət katibinin qızı İlham Əliyevə səs verəcək

Aktual

29 Dekabr 2023, 16:48

1991-ci ilin noyabrında baş vermiş Qarakənd faciəsinin şəhidi - mərhum dövlət katibi Tofiq İsmayılovun qızı seçkilərdə İlham Əliyevə səs verəcək. 

Bunu Modern.az-a açıqlamasında Səbinə İsmayılova bildirib.

"Ümumiyyətlə, mən də, anam da İlham Əliyevə səs verəcəyik. Çünki bu gün Qarakənd faciəsində şəhid olanların, eləcə də mənim atamın ruhu şaddır. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu. Xocavəndin Qarakənd kəndinin ərazisi də azaddır. Beləliklə, həmin ərazidə şəhid edilənlərin qanı batmadı. Onların qisası alındı", - o deyib.

Qeyd edək ki, Səbinə İsmayılova əlaqə saxlamaqda bizə Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun köməkçisi olmuş Qulu Həsənoğlu vasitəçi olub.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. İndiyədək 15 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək