Modern.az

6 gündür batan şəxs hələ də axtarılır - VİDEO

6 gündür batan şəxs hələ də axtarılır - VİDEO

6 Avqust 2024, 15:04

İyulun 30-da Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal olunan 1972-ci il təvəllüdlü Hüseynov İsgəndər Yusif oğlunun axtarışları fasiləsiz olaraq davam etdirilir.

 

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

 

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Aviasiya dəstəsinin helikopterləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar intensiv şəkildə aparılır.

 

Əlavə məlumat veriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ